Home / XƏBƏRLƏR  / Dünyada ən çox veri istifadə edən sayt açıqlanıb

Dünyada ən çox veri istifadə edən sayt açıqlanıb

Azərbaycanda bir o qədər populyar olmasa da, ABŞda axşamlar əhalinin 40% buranı ziyarət edir. Sandvine amerikan şirketinin verilərinə əsasən Neftlix dünya internet trafikinin 15%-ni istifadə edir. Sandvine bunun üçün dünyanın 150-dən çox provayderindən məlumat toplayıb ki, bunların

netflix

Azərbaycanda bir o qədər populyar olmasa da, ABŞda axşamlar əhalinin 40% buranı ziyarət edir.

Sandvine amerikan şirketinin verilərinə əsasən Neftlix dünya internet trafikinin 15%-ni istifadə edir.

Sandvine bunun üçün dünyanın 150-dən çox provayderindən məlumat toplayıb ki, bunların ümumi istifadəçi sayısı 2,1 milyarda bərabərdir.

Video trafikin yarısından çoxunu tutur (58%). Yüklənmiş videoların baxışı internetin 13,1%, Youtube-da isə 11,4% tutur. Digər internet istifadəsi internet-serfinq (17%), oyunlar (7,8%) və sosial şəbəkəklərin (5,1%) üzərinə düşür.

Sandvine mütəxəssislərinin hesablamalarına görə, bu cür istifadə dünya internetində böyük yükləmələrə səbəb olur və bu heç də azalmır. Bu kontentin yaradıcıları daha böyük imkanlar yaradaraq, baxış sayısını yuxarı qaldırmaqda davam edirlər.

Asiya qitəsində yüklənmiş videolar, ikinci yerdə Facebook, üçüncü yerdə Neftlix internet trafikinin yüklənməsinə səbəb olur. Avropada birinci yerdə Youtube, Neftlix, yüklənmiş videolar və Amazon Prime xidməti internet yükləmələrinə səbəb olurlar.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın