Home / SAĞLAMLIQ  / Bu peşə sahibləri daha tez prostatitə tutula bilərlər

Bu peşə sahibləri daha tez prostatitə tutula bilərlər

Əvvəllər prostatit 50 yaşından yuxarı və daha yaşlı kişilərdə aşkarlanırdısa, indi cavan və orta yaşlı kişilərdə də çox rast gəlinir. Prostatit həm də bir peşə xəstəliyidir. Elə peşələr, sahələr var ki, orda çalışan kişilər daha tez

man

Əvvəllər prostatit 50 yaşından yuxarı və daha yaşlı kişilərdə aşkarlanırdısa, indi cavan və orta yaşlı kişilərdə də çox rast gəlinir.

Prostatit həm də bir peşə xəstəliyidir. Elə peşələr, sahələr var ki, orda çalışan kişilər daha tez prostatit ola bilər. Yəni, iş və maaşla bərabər prostatit kimi xəstəliyi də qazanan kişilərin sayı az deyil.

Risk qrupuna daxil olanlar araşdırılıb.

Həkimlər

Gecə növbələri, stress, yuxu pozulması, az hərəkətlilik, zərərli vərdişlər, qeyri-düzgün qidalanma həkim kişilərdə erkən prostatitə səbəb olur. Maraqlısı odur ki, həkimlər özləri də simptomları, səbəbləri bilsələr də, təhlükə siqnallarına vaxtında fikir vermir, kolleqa uroloqlara müraciət etmirlər. Buna onların vaxtı da olmur. Prostatit xroniki formaya keçir, bundan sonra mürəkkəb müalicələr başlayır.

Ofis işçiləri – dizaynerlər, redaktorlar, bank işçiləri və sair

Bir sözlə, kompüter qarşısında günün 10 saatını əyləşən bütün peşə sahibləri kresloya əyləşməkdən prostat vəzini vaxtından əvvəl sıradan çıxarırlar. Prostat vəzi istini, hərəkətsizliyi sevmir. Oturaq işdə orda qan dövranı pozulur.

Sürücülər

Avtobus, taksi sürücüləri də qeyri-düzgün qidalanma, yorğunluq, oturaq həyatdan nəinki prostatit, həmçinin varikoz, ostexondroz, hemorroy da qazanırlar.

İdmançılar

İdman sağlamlıqdır. Amma bir çox idman növləri ilə peşəkar məşğul olanlarda – xüsusən velosipedçilərdə kiçik çanaq orqanları daim zədələnir. Üzgüçü, serferlərdə nəmişlik və soyuqdan cinsiyyət və uroloji orqanlarda erkən problemlər baş qaldırır.

Ona görə də bu peşə sahibləri digərlərinə nisbədən öz cinsi sağlamlıqlarına ciddi yanaşıb, ildə bir dəfə uroloq müayinəsindən prostatitə görə keçməlidirlər.

Oturaq işdə çalışanlar daha aktiv həyat keçirməli, çox gəzməli, qaçmalı, sağlam qidalanmalıdırlar.(saglamolun.az)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın