Home / İDMAN  / Kişilər niyə yoqaya getsin?

Kişilər niyə yoqaya getsin?

Gündən günə yoqa ilə məşğul olan kişilərin sayı artır. Bu heç də əbəs deyil. Burada sizlər gözəl qadınlarla tanış olmaqla yanaşı, bədəninizə hakim olmağı öyrənəcəksiniz. Yoqanın mənası - insanın öz bədəninə hakim olması və onu olduğu

This image has an empty alt attribute; its file name is yoqa.jpg

Gündən günə yoqa ilə məşğul olan kişilərin sayı artır. Bu heç də əbəs deyil. Burada sizlər gözəl qadınlarla tanış olmaqla yanaşı, bədəninizə hakim olmağı öyrənəcəksiniz.

Yoqanın mənası – insanın öz bədəninə hakim olması və onu olduğu kimi qəbul etməsidir.

Yoqaya yalnız elastikliyi əldə etmək mövqeyindən baxmaq yanlışdır. Burada insan üstəlik ruhən də mükəmməlləşir.

Müasir yoqa “asan” pozalar toplusudur ki, onlar yoqanın populyarlaşması üçün 50-60’ci illərdə Bellur Ayenqar tərəfindən hazırlanmışdır.

Yoqada çoxlu istiqamətlər olsa da, əsas ikisi ayrılır – statik və dinamik. Dinamik yoqa döyüş mədəniyyətinə yaxındır, statik isə nəfəsi idarə edərək, müəyyən pozaların saxlanılmasına yönəlikdir.

Statik yoqa

Əsasən bu növ yoqa ilə qadınlar məşğul olur. Statik yoqanın ən inkişaf etmiş istiqamətləri aştanqa-yoqa, hatha-yoqa və ayenqar-yoqadır.

Bu tip yoqalar müəyyən pozanın alınması və onu nəfəsi idarə edərək, bir müddət saxlanılmasına bağlıdır.

İsti yoqa (bikram-yoqa)

Bikram-yoqanın əsas fərqi – bütün məşqlər 38-40 dərəcəyə qədər isidilmiş və nəmi az olan otqlarda keçirilir.

Nəticədə insan bədəni daha elastik olur və toksinlərdən azad olur.

Aştanqa-yoqa

Bu tip yoqa, daha çox dini və daha az fizikidir. Burada əsas məqsəd meditasiya zamanı zəka ilə bədənin kontrol edilməsidir. Bu yoqa pis vərdişlərdən uzaq durmağı, özünü bir çox şeydən məhrum etməyi tələb edir.

Fitnes-yoqa

Bu yoqa ilə demək olar ki, birçox fitness klubda rastlaşa bilərsiz. Fitness-yoqa hərəkət və elastiklik üzərində qurulub.

Hansı yoqanı seçək?

Bunun yeganə yolu, hər bir yoqa ilə bir dəfə məşğul olub, sizə hansının uyğun olmasının təyin edilməsidir.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın