Home / SAĞLAMLIQ  / Sol əlin keyiməsi: səbəbləri

Sol əlin keyiməsi: səbəbləri

Bəzən insanlar sol əl və çiyində gözlənilmədən keyimə hiss edə bilərlər. Bəzi insanlar hətta keyimə ilə yanaşı, sanki iynə batır hissi də keçirə bilərlər. Bu əsəb pozğunluğu, qan dövranının pozulmasına və elektrolit disbalansına işarə ola

Bəzən insanlar sol əl və çiyində gözlənilmədən keyimə hiss edə bilərlər. Bəzi insanlar hətta keyimə ilə yanaşı, sanki iynə batır hissi də keçirə bilərlər. Bu əsəb pozğunluğu, qan dövranının pozulmasına və elektrolit disbalansına işarə ola bilər. Bəzi güclü sakitləşdirici dərmanlar sol əlin keyiməsinə səbəb ola bilirlər. Sadə dartınma hərəkətləri və sadə massaj ilə keyiməni aradan qaldırmaq olar. Lakin keyimə davamlı olaraq baş verirsə və xroniki hal alıbsa mütləq həkimə müraciət etmək lazımdır. Sol əlin keyiməsi insult və ya ürək tutmasının əlaməti deyildir. Ürək tutmasının əlamətləri: nəfəs darlığı, boğulma, ürək döyüntüsü, yaddaş pozğunluğu və tərdir. Daha sonra ürəkdə sıxıcı ağrı. İnsult – ürək arteriyalarının qatılaşması nəticəsində beyinə qanın getməməsidir. Bu sol əlin keyiməsinə gətirib çıxarda bilər. Lakin insultun başqa əlamətləri də ola bilər: baş ağrıları, görmə problemləri, danışmaqda və gəzməkdə çətinlik. Qoltuqağacı paraliçi sinir disfunksiyası olub, sol əlin keyiməsinə gətirib çıxarda bilir. Bu əsasən qoltuqağacı istifadə edənlərdə rast gəlinir. Qolaltına baş verən təzyigin nəticəsində keyimə baş verə bilər. Başqa simptonlar qol hərəkəti çətinliyi, əlin açılması, sol qolda güclü ağrı. Dirsək və ya qol, hətta barmaq qırılmaları zamanı sol əlin keyiməsi müşahidə oluna bilər. Bu sinirlərin sıxılması nəticəsində baş verir. Mədə pozulmaları da sol əl keyiməsinə səbəb ola bilər. Ateroskleroz zamanı damarlarda piyin toplanması və damarların tutulması keyimələrə səbəb ola bilər. Skolioz da sol əl keyimələrinə səbəb ola bilər. Əyilmə sol əl sinirlərinə toxunursa, bu baş verər. B12 vitamin çatışmamazlığı keyimələrə səbəb ola bilər. Bu vitamin beyin və sinir sisteminin inkişafında böyük rol oynayır. Əgər əl və qollarınızda keyimə, çənədə iynə batma hisslər ilə müşahidə olunursa və sinəniz ağrıyırsa, bu ürək tutmasına işarət ola bilər.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın