Home / QADINLAR  / Qadın prezervativinin olduğunu bilirdiniz?

Qadın prezervativinin olduğunu bilirdiniz?

Qadınlar tərəfindən seks zamanı istifadə edilən incə bir kisədir. Hamiləliyi və cinsi yolla keçən xəstəliklərin qarşısını almağa kömək olur. Nitrilden və ya lateksdən düzəldilən və 9 ilə 17 sm uzunluğunda olan formaları var. Qapalı ucunda olan

Qadınlar tərəfindən seks zamanı istifadə edilən incə bir kisədir. Hamiləliyi və cinsi yolla keçən xəstəliklərin qarşısını almağa kömək olur. Nitrilden və ya lateksdən düzəldilən və 9 ilə 17 sm uzunluğunda olan formaları var. Qapalı ucunda olan elastik halqa və ya süngər vasitəsi ilə, prezervativ sürüşmədən durması üçün uşaqlıq yolu içinə yerləşdirilir. Prezervativin bir ucu uşaqlıq yolunun kənarında, digəri uşaqlıq yolu girişində qalır. Prezervativin içində silikon əsaslı sürüşkənləşdirici var amma istənilən halda digər sürüşkənləşdiricilərdən də istifadə edilə bilər. Lateks allergiyası olanlar nitrilden olan qadın prezervativini seçim edə bilər. Lateksdən düzəldilən prezervativlərlə birlikdə yağ əsaslı sürüşkənləşdiricilərin istifadəsi lateksə zərər verə bilər. Tərkibində spermisid (sperma öldürücü) yoxdur. Addım addım qadın prezervativinin taxılması: *Paket diqqətlə açılır. Prezervativin qapalı ucundakı halqanı sıxışdırıb (nazik və uzun bir halqa yaranacaq şəkildə)
Prezervativ uşaqlıq yolu girişindən içəri doğru salınır,
Daha sonra prezervativin açıq ucundan əli ilə getdiyi qədər itələyərək uşaqlıq yolunun içinə yerləşdirilir.
Əgər prezervativi qadın hiss edirssə halqa açılmamış, yəni prezervativ doğru yerləşməmiş deməkdir. Prezervativ uşaqlıq yolu içərisində dönmədiyindən və ya qatlanmadığından əmin olunmalıdır. Açıq uc uşaqlıq yolundan kənarda qalmalıdır. Süngərli qadın prezervativi də yerləşdirərkən eyni şəkildə edilir. Əlaqə zamanı penisin qadın prezervativ içində olduğuna əmin olmalı və kifayət qədər sürüşkənləşdirici istifadə edilməlidir, yoxsa prezervativ yerindən çıxa bilər. Qadın prezervativi və kişi prezervativi bir arada istifadə edilməməlidir, bu cırılmalara səbəb ola bilər. Əlaqə əsnasında prezervativ çıxarsa, ya da uşaqlıq yolunun içinə qaçarsa dərhal çıxarmalı və yerinə yenisi qoyulmalı və daha çox sürüşkənləşdirici istifadə edilməlidir. Çıxararkən də spermanın prezervativ içində qalmasını təmin etmək üçün kənarda qalan halqanı döndərin və kənara çəkin. Qadın prezervativlərinin təkrar istifadə olunması tövsiyə edilmir.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın