Home / GÖRKƏM  / Kişi bel çantası: hansı geyimlə istifadə edilə bilər

Kişi bel çantası: hansı geyimlə istifadə edilə bilər

  Kişi qarderobunun populyar əşyalarından biri də bel çantası, rükzakdır. Bu çantaların tarixi və dəbli kombinasiyaları bu məqalədə. Kişi dəbi heç də qadın dəbindən rəngarəngliyinə görə geri qalmır. Üstəlik gündəlik dəbə bir çox aksessuar kişilər tərəfindən gətirilmişdir.  Rükzakların

 

Kişi qarderobunun populyar əşyalarından biri də bel çantası, rükzakdır. Bu çantaların tarixi və dəbli kombinasiyaları bu məqalədə.

Kişi dəbi heç də qadın dəbindən rəngarəngliyinə görə geri qalmır. Üstəlik gündəlik dəbə bir çox aksessuar kişilər tərəfindən gətirilmişdir. 

Rükzakların yalnız səyahətçi və hərbiçi aksessuarı olduğu zamanlar geridə qaldı. Dəbli və müasir kişi rükzaklar çantalara alternativ olacaqlar. Onlar dəbli olmaqla yanaşı, olduqca rahatdırlar. 


Tarixi
İlk rükzak arxeoloqların Alp dağlarının yamaclarında tapdığı çiyin çantasıdır. Onun təqribi yaşı bizim eradan əvvəl 3300 ilə gedib çatır. Çanta taxta karkaslı torbadır. Sibirdə bəzi insanlar hələ də bu tip çantalardan istifadə edirlər.

Həmçinin rükzaklar – hərbi geyim atributudur. Gündəlik modellər də onlara bənzəyir.

Rükzak seçimində nəyə diqqət edilməlidir?

Əmin olun ki, çanta davamlı, keyfiyyətlidir, defektləri yoxdur. Yaxşı olar ki, parça su keçirməyən olsun. Ciblərin sayını istəyinizə uyğun olmalıdır. Bağlanmasında heç bir problem olmamalıdır.

Rükzak beldə olduğu zaman diskomfort yaratmamalıdır. Onun uzunluğu ipləri vasitəsi ilə hər zaman düzəldilə bilər. Əsas çantada nə daşıyacağınıza qərar verin.

Dəri rükzaklar davamlı olacaq və onların görkəmi parça rükzaklardan daha cəlbedici və dəbli olacaq.


Bel çantalarının növləri
Stilistlər rükzakları iki növünü ayırırlar: şəhər və turistik. İkincilər ağırlıq daşıya bilir, pis hava şəraitlərinə dözümlü.

Şəhər rükzaklarında ilk növbədə dizayna üstünlük verilir. Onlar ciddi və sərbəst stillərdə ola bilərlər.

Şəhər rükzak variantları
Qara az aksessuarlı rükzaklar bir çox şəhər görkəmi ilə uyumludur. Xüsusən boz və tünd göy rənglər ilə ahəng təşkil edə bilər. Həmçinin casual pencəklər ilə uyumlu görkəm əldə edə bilərsiz.

Açıq qəhvəyi dəri rükzaklar plaş, palto, klassik pencək və hətta klassik köynəklər ilə uyum göstərə bilər. Açıq rəngli şlavar ilə də ahəng təşkil edəcək.

Tünd qəhvəyi rükzak smart-casual görkəmi üçün əla seçimdir.

Xaki rəng rükzak, hərbi rükzakları xatırladır və militari görkəmi ilə uyumludur və bomber gödəkçə geyinənlərin seçimidir.

 

Bel çantası –  şəhər üçün əla seçimdir. Xüsusən əgər siz velosiped və ya ictimai nəqliyyatdan istifadə edirsiniz isə. O praktik, genişdir və ən əsası əliniz sərbəstdir. Qarderobunuza uyum saxlaması üçün rükzakları görkəminizə və tələbinizə görə əldə edin.

heydarrza@gmail.com

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın