Home / XƏBƏRLƏR  / TOYOTA şirkəti TOKİO 2020 OLİMPİYA məşəli estafetinin təqdimatçı tərəfdaşı kimi

TOYOTA şirkəti TOKİO 2020 OLİMPİYA məşəli estafetinin təqdimatçı tərəfdaşı kimi

Yaponiyanın Toyota şirkəti Tokio 2020 Olimpiya Məşəli Estafetinin təqdimatçı tərəfdaşı olmaq üçün Olimpiya və Paraolimpiya Oyunlarının Təşkilat Komitəsi (Tokio 2020 Təşkilat Komitəsi) ilə əməkdaşlıq etdiyini bəyan etdi. Şirkətin məqsədi Tokio 2020 Olimpiya Məşəli Estafetinin tərəfdaşlığı vasitəsilə

Yaponiyanın Toyota şirkəti Tokio 2020 Olimpiya Məşəli Estafetinin təqdimatçı tərəfdaşı olmaq üçün Olimpiya və Paraolimpiya Oyunlarının Təşkilat Komitəsi (Tokio 2020 Təşkilat Komitəsi) ilə əməkdaşlıq etdiyini bəyan etdi.

Şirkətin məqsədi Tokio 2020 Olimpiya Məşəli Estafetinin tərəfdaşlığı vasitəsilə oyunlara marağı artırmaq, eyni zamanda fəlakətdən zərər çəkmiş ərazilərdə fəaliyyət göstərən maraqlı tərəflərə öz məmnuniyyətini bildirmək də daxil olmaqla, Yaponiyadakı insanların yaşayışını dəstəkləmək və məşəlçilərin cəlb olunması üçün kampaniya, olimpiya məşəlinin estafeti və əlaqədar tədbirlər kimi fəaliyyətlər vasitəsilə yerli tərəfdaşlarla əlaqələri dərinləşdirməkdir. Toyota mobillik naminə rəsmi tərəfdaş kimi Olimpiya Məşəli Estafetində həm də aparıcı maşını təmin edən və yeni, maraqlı mobillik texnologiyalarını nümayiş etdirən nəqliyyat vasitələri ilə iştirak edəcək.

Toyotanın cari İcraçı Vitse-prezidenti Mitsuru Kavai şirkətin əsas nümayəndələrindən biri kimi 1998-ci ildə Naqano şəhərində keçirilən Qış Olimpiya Oyunlarında məşəlçi təyin olunmuşdur. Kavai Olimpiya Məşəli Estafetinin əhəmiyyətinə toxunaraq demişdir: “Məşəl Olimpizmin ruhunu təmsil edir. Mən 1998-ci ildə Naqano şəhərində məşəli daşıyarkən məşəlin məsuliyyəti və əzəmətli tarixi vasitəsilə onun daşıdığı yükü hiss etdiyimi xatırlayıram. Toyota hər bir şəxsin imkansız hesab etdiyi maneələrin öhdəsindən gələ biləcəyi açıq cəmiyyətin yaradılmasına yardım etmək istəyir və mən sizə deyə bilərəm ki, Toyota şirkətinin bütün üzvləri təşkilat komitəsinin məşəl estafeti üzrə “Ümid yolumuzu işıqlandırır” konsepsiyasını dəstəkləmək üçün şirkət kimi öz gücünü birləşdirməyə hazırdır”.

Toyota şirkəti 2018-ci ildə Buenos-Ayros şəhərində keçirilmiş Yay Olimpiya Oyunlarında Hilux və Prius avtomobillərini təmin etməklə, oyunları dəstəkləmişdir. Toyotanın nəqliyyat vasitələri eyni zamanda Yaponiyanın keçmişdə ev sahibliyi etdiyi bütün Olimpiya Oyunlarında, yəni 1964-cü ildə Tokio, 1972-ci ildə Sapporo və 1998-ci ildə Naqano şəhərində keçirilmiş oyunlarda istifadə edilmişdir.

Harrier və 1-ci nəsil Prius 1998-ci ildə -Naqano şəhərində Olimpiya Məşəli Estafetində istifadə edilmişdir.

Toyota şirkəti 2015-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) və Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) mobillik naminə rəsmi ümumdünya tərəfdaşına çevrilmiş və indi ən son mobillik xidmətlərini, təcrübə və texnologiyaları təmin etməklə, 2020-ci ildə Tokioda keçiriləcək oyunların rəvan icrasına töhfə verməyi hədəfləyir. Toyota həmçinin idman və ilkin səviyyəli ictimai fəaliyyətlər vasitəsilə oyunlarla bağlı gözləntilərin formalaşmasına da yardım edir.(avtomobil.az)

heydarrza@gmail.com

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın