Home / İDMAN  / Qarından qurtulmaq üçün 5 məşq

Qarından qurtulmaq üçün 5 məşq

Qarnınızın əriməsini istəyirsiniz? İdol.az sizlərə bunun üçün 5 ən effektiv məşq hərəkətini təqdim edir. Qarın nahiyyəsi arıqlamaq məsələsində ən problemli olanıdır. Adətən artıq kalorilər məhz qarın nahiyyəsinə yığışırlar. Lakin məhz bu kaloriləri yandırmaq üçün xüsusi məşqlər

Qarnınızın əriməsini istəyirsiniz? İdol.az sizlərə bunun üçün 5 ən effektiv məşq hərəkətini təqdim edir. Qarın nahiyyəsi arıqlamaq məsələsində ən problemli olanıdır. Adətən artıq kalorilər məhz qarın nahiyyəsinə yığışırlar. Lakin məhz bu kaloriləri yandırmaq üçün xüsusi məşqlər var ki, onların beşini sizlərə təqdim edirik: 1. İntervallı kardio-məşqlər İntervallı kardio – elə kardio məşqlərdir ki, onlar zaman və intensivliyinə görə intervallara bölünürlər. Amerika idman tibbi kolecinin verilərinə görə intervallı kardio-məşqlər qarnın əridilməsində ən effektiv olanıdır. Məhz bu cür məşq sizlərə daha çox kaloriy yandırmanıza kömək olacaq. Beləki, yağ yanması həm məşq zamanı, həm də ilk 24 saatda davam edəcək. Vacib məqam, məşqlərin maksimum yarımsaat davam etməsidir. Qaçışdan başlayın, ardınca kardio məşqlərin maksimum təkrarlarını 30 saniyədə yerinə yetirin. Yanaşmalar arasında bir neçə saniyə istirahət edin. Hərəkət qruplarını 5 dəqiqədən bir dəyişdirin. Bu tip məşq həmçinin ürək-damar sistemini də bərkidir. 2. Berpi Berpi – krossfit məşqi olub, bir neçə hərəkətin ardıcıl siklik təkrarlanması deməkdir. Bu öz çəkiniz ilə olan məşq bir çoxlarının ürəyincə olmasa da, yağ yandırmada və metobolizmin yaxşılaşdırılmasında olduqca effektivdir. Onu həm evdə, həm də zalda edə bilərsiniz. Azlardan başlayıb, zamanla intensivliyini, sayını və çətinliyini artıraraq məşq ediniz.
3. İplə tullanma Olduqca enerji sərf edir. 60 dəqiqə məşq zamanı 1074 kaloriy yandıra bilərsiniz. Lakin yeni başlayanlar üçün 10-15 dəqiqə kifayətdir. Bəzi ekspertlər iplə tullanmanın qaçışdan da effektiv olduöunu iddia edirlər. Bundan başqa bu hərəkət sümükləri bərkidir, beynin reaksiya və düşünmə funksiyalarını yaxşılaşdırır. 4. Güc məşqləri Güc məşqlərindən qaçaraq arıqlamaq düzgün deyil. Məhz güc məşqləri maddələr mübadiləsini 48 saata qədər sürrətləndirirlər. Əzələ artımı yağ qatlarının azalmasına səbəb olur. Əgər sizin məqsədiniz arıqlamaqdırsa, baza məşqlərini (yerdən qaldırma, uzanarq və ayaqüstə jim, çömbəlmə) məşq kompleksinizə əlavə etməkdə fayda var. 5. Turnikdə dartınma Daha bir effektiv məşq olaraq turnikdə dartınmağı qeyd edə bilərik. Burada bütün bədən əzələləri işləyir. Deməli, bədən relyefi eyni anda yaranmağa başlayacaq. Əsas olan yerinə yetirilmə texnikasıdır ki, məhz bu halda istənilən nəticə əldə edilə bilər.

heydarrza@gmail.com

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın