Home / SAĞLAMLIQ  / Boyunda duz qalıqları ilə necə mübarizə aparılmalıdır

Boyunda duz qalıqları ilə necə mübarizə aparılmalıdır

  Boynunuzda diskomfort ve xırçıldı hiss etdiyiniz zaman, hərəkətə keçmək lazımdır. Bu məqalədə sizlərə duzun yaranma səbəblərini və onlarla mübarizə yolları haqqında danışacayıq. Həll olunmayan duzlar müxtəlif səbəblərdən müxtəlif orqanlarda yığıla bilər. Və bu duzların növündən və

 

Boynunuzda diskomfort ve xırçıldı hiss etdiyiniz zaman, hərəkətə keçmək lazımdır. Bu məqalədə sizlərə duzun yaranma səbəblərini və onlarla mübarizə yolları haqqında danışacayıq.

Həll olunmayan duzlar müxtəlif səbəblərdən müxtəlif orqanlarda yığıla bilər. Və bu duzların növündən və yığılma yerindən asılı olaraq, müxtəlif xəstəliklər ortaya çıxa bilər.

Boyun arxasında yığılan duzlar, təhlükəlidir. Düzdü bizləri xırçıltıdan başqa narahat edən bir şey olmur. Lakin bu duzlar bir çox pisləşmələrə səbəb ola bilərlər. Ən birincisi osteoxondroz. Bu yayılmış xəstəlik insan həyatının keyfiyyətinə mənfi təsir göstərir.

Buna görə diskomfort hiss etdiyiniz anda hərəkətə keçmək lazımdır. Bəs bunun səbəbləri nədir.

Bir çoxları düşünür ki, buna səbəb həddindən çox duzdan istifadədir. Lakin bu belə deyil. Mütəxəssislərə görə buna bir çox səbəb ola bilər. Bir tibb işçiləri qrupuna görə duz yığılması zülal ilə zəngin məhsulların istifadəsindən ortaya çıxır. Əksəriyyət isə ümumiyyətlə səhv qidalanma və həyat tərzindən yaranan problemin olduğunu qeyd edirlər.

İspat olunmuşdur ki, boyun ağrıları çox zaman oturaq həyat tərzi aparan və əsasən başı aşağı çox baxan insanlarda olur. Əsasən bunlar kompüter arxasında işləyənlərə aiddir. Həmçinin risk qrupuna telefon və tabletlə çox oyanaynalara aiddir. İnsanın uzun zaman hərəkətsiz qalması nəticəsində əzələlər yorulur, tonusunu və elastikliyini itirir. Düzdü bu əsas səbəb olmasa da, duz yığılma tempini artırır.

Duzlar boyun onurğasının deqenerativ dəyişməsinə səbəb olur və sinirləri sıxır və bu sinir uclarının qrijasına, iltihabına, şişməsinə və güclü ağrımasına səbəb olur.

Bəs bu duzlardan necə azad olmaq olar?

Əlbəttə xəstəliyin qarşısını almaq onu müalicə etməkdən daha faydalıdır!

1. İlk növbədə qidalanmağınıza fikir verəcəksiniz.

2. Zülal qəbulunu kontrol etmək və rasiona həzmi yaxşılaşdıran məhsulları daxil etmək – göyərti, tərəvəz, meyvə və evdə çəkilmə təbii şirələr.

3. Yağlı ətdən imtina edilməli, souslardan uzaq durulmalıdır. Həmçinin acı, şoraba, konservləşdirilmiş məhsullardan, biş-düşdən uzaq durulmalıdır.Deyildiyi kimi, təzə meyvə-tərəvəz qəbuluna üstünlük verilməlidir. Həmçinin balqabaq suyu da çox xeyirlidir.

Yox əgər sizdə artıq simptomlar ortaya çıxıbsa, ənənəvi metodlardan istifadə etməyi məsləhət bilirik.

1. Masaj
Boynun xüsusi masajı duzların əriməsi üçün faydalıdır. Masaj qan dövranını yaxşılaşdırır, hüceyrələrdə qan yığılmasının qarşısını alır. Lakin masajla müalicə çox uzun zaman tələb edə bilər.

2. Xüsusi məşq kompleksi
Duz qalıqlarından azad olmağın bir yolu da xüsusi məşqlərin yerinə yetirilməsidir. Məşq kompleksləri çoxdur, bu səbəbdən mütəxəssis rabilitoloqa müraciət etmək lazımdır. O sizə ən uyğun məşq proqramını hazırlayacaq.

3. Elektroforez
Bu effektiv əlçatan fizioprosedur duzları yumuşaldır və orqanizimdən çıxardır.

4. Dərman preparatları
Tibb bu hallarda əsasən müxtəlif dərman preparatlarını məsləhət bilir. Lakin bunlarda problemi kökündən həll etmir. Onlar yalnız müvəqqəti olaraq ağrı və diskomfortu aradan qaldırırlar.

Duzlardan azad olmaq üçün bütün sadaladığımız metodlar kompleks şəklində aparılmalıdır. Bununla bərabər aktiv həyat tərzi, idman zalı və doğru rasion şərtləri mütləq yerinə yetirilməlidir.

heydarrza@gmail.com

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın