Home / GÖRKƏM  / Yaz-Yay 2019 kişi dəbi

Yaz-Yay 2019 kişi dəbi

  Yaz-Yay 2019 kişi trendləri yaddan çıxmış və yeni qarderob elementləri ilə zənginləşib: tvid, 70-ci illər, hündür boğazlı svitlər, oversayz, rəngarənglik. Yeni mövsüm - yeni dəb tendensiyaları deməkdir. Bunlara diqqət etmək çoxdan artıq qadın işi sayılmır. Müasir

This image has an empty alt attribute; its file name is 2019-yaz-yay-geyimleri.jpg

 

Yaz-Yay 2019 kişi trendləri yaddan çıxmış və yeni qarderob elementləri ilə zənginləşib: tvid, 70-ci illər, hündür boğazlı svitlər, oversayz, rəngarənglik.

Yeni mövsüm – yeni dəb tendensiyaları deməkdir. Bunlara diqqət etmək çoxdan artıq qadın işi sayılmır. Müasir kişilər həvəslə dəb tendensiyalarını izləyir, qarderoblarını vaxt aşırı yeniləyirlər.

Bu məqalədə yeni tendensiyaları toplamağa çalışdıq.

Rənglər

Geçən mövsüm olduğu kimi bordo öz aktuallığını qoruyub saxlayır. Boz rəng də aktualdır. Qara və qəhvəyi rənglər podyumlardan hələ də dominantdır. Xüsusən də qəhvəyi rəngin çalarları bu mövsüm çox dəbdədir.

Sarı və yaşıl da yay mövsümünün ən dəbli rənglərindən olacaq.

Parçalar

Tvid kostyumlar üçün ən uyğun parça hesab edilir. Velür və velvet də onun daim yanındadır. Parçalar saya və printli ola bilər.

Printlər

Məhz printli modellər aktual hesab olunacaq. Ən maraqlı trend böyük rəngli tor olacaq. Xətt-xətt parçalar da trenddən düşməyəcəklər.

Şalvar

70-ci illər modelləri podyumlarda ən çox görünənlərdir. Düz və geniş şalvarlar bu mövsümün aktual görkəmi olacaq. 

Svitlər

Dəbli şalvarları nəinki köynəklər ilə, həmçinin svitlərlə də geyinə bilərsiz. Yaz aylarında hündür boğazlı və ya balıq boğazlı svitlərdən istifadə edə bilərsiniz. Svitləri həm gündəlik, həm də iş həyatınızda istifadə edə bilərsiniz.

Kostyumlar

Tək və paralel düyməli kostyumlar podyumlarda ən çox rast gəlinənlərdir. Klassik geyimlər çiyinlərinizi göz önünə çıxardır, belinizi incə göstərir. Kostyum seçimi olduqca vacibdir. Sizdən alınacaq təsəvvürün bir hissəsi məhz geyimlərdən asılıdır. Doğru seçilmiş kostyum sizin iş həyatınızda bir adım irəlidə olmağınıza kömək edəcək.

heydarrza@gmail.com

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın