Home / SAĞLAMLIQ  / Bu sınanmış vasitə sizi qrip və soyuqdəymədən qoruyacaq

Bu sınanmış vasitə sizi qrip və soyuqdəymədən qoruyacaq

Yaponiya elm insanları hesab edirlər ki, D vitamini qripdən qoruya bilər.  Məlumatın alınması üçün araştırma aparılmışdır. Araştırmada 167 uşaq iştirak etmişdir. Araştırmadan sonra alimlər D vitaminin qrip ilə mübarizədə müsbət nəticələr verdiyini aşıqlayıblar. Araştıramalar 4 ay davam

Yaponiya elm insanları hesab edirlər ki, D vitamini qripdən qoruya bilər. 

Məlumatın alınması üçün araştırma aparılmışdır. Araştırmada 167 uşaq iştirak etmişdir. Araştırmadan sonra alimlər D vitaminin qrip ilə mübarizədə müsbət nəticələr verdiyini aşıqlayıblar.

Araştıramalar 4 ay davam edib. D vitamini qəbul edən uşaqlar daha az qripə yoluxmuşdurlar, nəinki vitamini qəbul etməyənlər. 

Maddənin təsir prinsipi isə belədir: D vitamini immun sistemini stimullaşdırır. İmmun sistemi isə öz növbəsində katelitsidin və defenzin kimi zülallar ifraz edirlər. Onlar virusları neytrallaşdırır və hüceyrələrin aktivliyini stimullaşdırır. Qrip ilə yanaşı belə terapiya meningit ve pnevmoniya ilə də mübarizədə effektli ola bilər. 

İstənilən effekti bütün D vitaminlər qrupu verəcək. D vitamini həmçinin boy artımını da stimullaşdırır. Sınıq, çat zamanlarında da vitaminin qəbulu məsləhətdir. Beləki, bu zaman D vitamini osteoporozun yaranmasının qarşısını alır. 

D vitamini defisiti qış aylarında yayğın olur, xüsusə şimal yer kürəsində olan ölkələrdə.

D vitamini balıqda, ikrada, yumurta, mal ciyərində mövcuddur. Həmçinin vitamin xama və kremada, bitki yağlarında və göbələklərdə vardır.

D3 vitamininin qəbulu da effektli olacaq. Məsləhət görülən günlük D vitamini norması 15 mkq-dır. Kanada və ABŞ kimi ölkələrdə isə xroniki xəstəliklərin müalicəsində günlük D vitamini norması bəzən 1250 mkq təşkil edir. 

Lakin vitamin qəbulundan öncə qan analizi verilməlidir. Beləki, nəticələrə görə:

– ciddi çatışmamazlıqdır <20 ng/ml;
– defisit <50 ng/ml;
– optimal səviyyə 50-100 ng/ml.

Qərb tibbində gündəlik profilaktik D vitamini norması 250 mkq-dır.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın