İntim-kokteyl: əla seksin 8 komponenti
Amerika alimlərin araştırmalarının nəticələrinə görə seks 8 əsas komponentdən ibarətdir. ABŞ Ceyms Madison Universitetinin psixologiya üzrə müəllimi Greg Enrikes seksual həyat və tərcih üzrə araştırmlar aparır. Psychology Today nəşrindəki araştırmasında Greg kanadalı həmkarlarının araştırmalarına

Amerika alimlərin araştırmalarının nəticələrinə görə seks 8 əsas komponentdən ibarətdir.
ABŞ Ceyms Madison Universitetinin psixologiya üzrə müəllimi Greg Enrikes seksual həyat və tərcih üzrə araştırmlar aparır. Psychology Today nəşrindəki araştırmasında Greg kanadalı həmkarlarının araştırmalarına əsasən seksi mükəmməlləşdirən 8 komponenti ortaya qoymuşdur:
Prosesə tam daxil olmaq
Bütün hiss orqanlarını 100% işlədin, kənar fikirlərdən uzaq durun – məhz budur yaxşı intimin əsas faktoru.
Sinxronlaşma
İdealda cütlüyün nəfəsi, ürək döyüntüsü sinxronlaşmalı, bədənlər bir olmalıdır.
Yaxınlıq hiss
Əla sesk üçün inam, səmimilik və qarşılıqlı qayğı lazımdır.
Kommunikasiya
Empatiya – sözlər, toxunuşlar, bədən dili. Bunlar istəklərin başa salınması üçün köməkdir.
Səmimilik
Özünü sərbəst hiss elə və özün ol – xoş hisslər almağa kömək edəcək.
Yumor hissi
Açıqlıq və seksual prosesə yumor ilə yanaşma bacarığı – cütlüklər arası əlaqə üçün vacibdir.
Zəiflik
Tərəfdaşına tam güvənmək, zəif və həssas olmaq istəyi.
Həzz
Yaxşı seks sizin həm mənəvi və həm fiziki həzz almanıza səbəb olmalıdır.
Maraqlısı odur ki, bütün bu kriteriyalar mənəvi dəyər daşıyır. Deməli, əla seksin əsasını fiziki təmas deyil, mənəvi rahatlıq təşkil edir.