Kişilərdə aşağı cinsi istək uydurması
Libido mövzusu hər zaman müzakirə olunan olub. Əlbəttə ki, bu söhbətlər şişirdilməklə də keçmir. Bu mövzular yaxın dostla da danışıla bilmədiyi halda, kənardan eşidilən əfsanələr insanların seksual həyatına mənfi təsir göstərir. Aşağı cinsi istək –

Libido mövzusu hər zaman müzakirə olunan olub. Əlbəttə ki, bu söhbətlər şişirdilməklə də keçmir. Bu mövzular yaxın dostla da danışıla bilmədiyi halda, kənardan eşidilən əfsanələr insanların seksual həyatına mənfi təsir göstərir.
Aşağı cinsi istək – patologiyadır
Seksual aktivlik müxtəlif yaşlarda, müxtəlif insanlarda azalıb və çoxala bilər.
Qorxulusu o zamandır ki, istək var amma alınmır. Lakin hətta bu zaman siz normal insansınız.
Aşağı seksual aktivlik qadınlara hasdır
Bir çox kişilər bunun sırf qadın problemi olduğunu düşünür. Həqiqətdə isə yalnız 40% qadın bu problemlə üzləşir. Kişilərin isə ən azı 25%’i aşağı libido problemi ilə üzləşir.
Bu tendensiya testosterona bağlıdır ki, qadınlarda bu hormon kişilərdən azdır. Üstəlik kişilər bir çox zaman bu növ problemlərini heçkəs ilə bölüşmürlər.
Seksual istəyin azalması – tibbi problemdir və müalicə oluna bilir.
Libidonu hormonal pozuntular azaldır
Sözsüz hormonlar seskual istəyə təsir edirlər, lakin hər zaman onlar bunu tək etmirlər. Stress, depressiya, zədələr və sair buna səbəb ola biləcəklər sırasındadırlar. Həmçinin bəzi xəstəliklər: şəkər, onkologiya, artrit, hipertoniya.
Sizin rasionunuz və seks zamanı bəzi problemlər – ağrı hissi, seksə baxış fərqliliyi, orqazm almamaq problemi və sair də seksual istəyi azalada bilər.
Səbəb çox ola bilər, lakin siz bunun üzərinə vaxtında düşsəniz və düzgün müalicə alsanız, bu problemdən qurtula bilərsiniz.
Libido pozuntuları münasibətlərə xələl gətirməyəcək
Münasibətlərdə seks əsas rol oynamasa da, əsas faktorlardan biri hesab olunur.
Seks çatışmamazlığı, lazımsızlıq, tənhalıq hissi yarana bilər.
Münasibətləri qorumaq üçün qarşı tərəfin də istəklərini nəzərə almaq lazımdır. Bəzə istəmədiyiniz belə halda seks etməyiniz lazım ola bilər. Birinici başladınız isə, onsuzda sizdə də istək yaranacaq, ikincisi tərəf müqabilinizə hörmət etmiş olacaqsınız.
Aşağı seksual istəyi çoxaltmaq mümkün deyil
Bəziləri düşünür ki, əgər libido ilə problemlər varsa, seksdən imtina etmək lazımdır. Lakin bu belə deyil.
Bu problemin həlli üçün tibbə müraciət edin. Dərman içmək istəmirsiniz isə, həkiminiz ilə danışın və o, sizin müalicənizin sxemini dəyişə bilər. Əgər problemlər hormonal fondadır isə, həkim bunu həll etməyin yollarını göstərəcək.
Həyat enerjisini və seksual istəyi artırmaq üçün jenşen kökünü istifadə etmək məsləhət görülür.
Həmçinin problemi təraf müqabilinizlə də bölüşməlisiniz. Bir yerdə bu problemi həll etməyi bacarmalısınız. Seksual həyatınıza dəyişikliklər gətirin – ab-havanı dəyişin, yeni pozaları sınaqdan keçirin, xanımınıza alt geyimini siz seçin və sair.
Hisslər intim münasibətlərdən daha önəmlidir
Bəzi cütlüklər hissləri intim münasibətlərindən üstün görürlər. Lakin seks fiziki və psixiki hal əhval üçün daha önəmli ola bilir.
Mütəxəssislər hesab edir ki, seksual istək sağlamlığa təsir göstərən vacib faktorlardan biridir.
Seksoloqlar hesab edir ki, seks bir çox cütlük problemlərini həll edə bilir (küsülük və sair).