Home / İDMAN  / Kişilər üçün Pilates: mif və reallıq

Kişilər üçün Pilates: mif və reallıq

Pilates salonlarında kişilərə rastlamaq olduqca çətindir. Bu idman növü kişilər arasında o qədər də məşhur deyil. Buna səbəb, əlbəttə ki, artıq köhnəlmiş miflərdir. Sizlər üçün 5 belə yalan fikiri toplamışıq və elə olmadığını göstərməyə çalışacayıq. Mif

Pilates salonlarında kişilərə rastlamaq olduqca çətindir. Bu idman növü kişilər arasında o qədər də məşhur deyil. Buna səbəb, əlbəttə ki, artıq köhnəlmiş miflərdir. Sizlər üçün 5 belə yalan fikiri toplamışıq və elə olmadığını göstərməyə çalışacayıq.

Mif 1: Kişi trenajorla məşğul olar.

Əksər kişilər üçün əsas idman, trenajor zallarında ağırlıq məşqləridir. Bəli, bu məşqlər sizə istədiyiniz effekti verə bilir – əzələli bədən quruluşu, qarın nahiyyəsində paxlavalar. Lakin burda da bəzi məqamlar var: əzələlər həyatda heç də həmişə kömək olmur insana. Misal üçün, bağda işləmək. Belə işlərdə tez bir zamanda yorulmamaq, diskomfort hiss etməmək üçün heç də ağırlıq ilə əldə edilmiş əzələlər sizə kömək olmayacaq. Pilates isə sizin əzələləri gündəlik həyata hazırlayır. Sizin əzələlər böyük olmasa da, daha dözümlü olurlar.

Mif 2: Pilates zəiflərin idmanıdır.

Pilates tənbəllərin idmanıdır kimi bir fikir mövcuddur. Düzdü pilates ilə istənilən şəxs, istənilən yaşda məşğul ola bilər. Lakin bunun asan olacağını demək, biraz yanlışdır. Çətin avadanlıqlar, hər zaman konsentrasiya, geniş proqram seçimi – bütün bunlar pilatesi ağır və effektiv idman növü edir.

Mif 3: Əzələləri pilates ilə məşq elətdirmək effektiv deyil.

Bir çox kişiləri pilatesdən məşqlərin çox olması uzaqlaşdırır. Kişilər bu qədər çox məşq növünü mənasız hesab edir. Lakin məşq proqramlar, pilatesin kişilər arasında məşhur olmamasından irəli gələrək, adətən qadınları nəzərdə tutaraq hazırlanır. Əslində isə pilatesdə özünüzə uyğun məşqlər də tapa bilərsiniz. Sadə məşqlər ilə yanaşı, güc məşqləri də pilatesdə var. İxtisaslaşmış məşqçi hər bir kəsə görə lazımi məşq proqramını qura bilər. Və əgər məşqi instruktorun dediyi kimi eləsəniz, nəticələr özünü çox gözlətdirməyəcək.

Mif 4: Pilates öyrənilməsi asan məşq növüdür.

Deyilənlərə görə, pilates bir neçə günə öyrəşilən məşqdir, sonra asan olur. Əslində isə pilatesin baza texnikasına belə öyrəşmək üçün həftələr tələb olunur. Hətta məşq keçmişi olanlar üçün də bu asan olmur. Pilatesdə əsasən digər idman növlərində məşq edilməyən əzələlər işlənir. Burada vacib olan düz qamət, diqqət, dəqiqlik və fiziki aktivlikdir. Pilates sizi güclü, dözümlü və elastik edəcək. Pilates məşqlərinin üstünlüyü müxtəlif və universal olmaqlarıdır. Onları istənilən kəsə uyğunlaşdırmaq olar. Məşqçi sizə uyğun proqram seçməklə, sizin nəticələrinizi yüksəldə bilər.

Миф 5: Effekt demək olar ki, görünmür.

Pilatesin köməyi ilə insanlar tək fiziki olaraq dəyişmirlər. Dəyişiklik onların düşüncəsində də baş verir. Araşdırmalar göstərir ki, bir neçə həftə məşqlərdən sonra, insanlar daha aydın düşünür, əhvalları yüksəlir. Buna səbəb isə, məşqlərdən irəli gələn beyin qan dövranının yaxşılaşmasıdır. Konsentrasiya (pilatesin baza prinsipi) isə həyatın hər bir anında lazımınız olacaq.

Həmçinin xarici görkəmdə də dəyişikliklər baş verəcək. Kürək və ayaq əzələləri möhkəmlənəcək. Onlar daha da elastik olacaq. Artıq yaölar gedəcək, daha fit olacaqsınız. Qarın nahiyyəsi tamami ilə hamar olacaq.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın