Azərbaycanın Avroviziya 2017 təmsilçisi

06/12/2016
1402 Baxış

diana hacieva

Azərbaycanı Avroviziya 2017 müsabiqəsində Diana Hacıyeva təmsil edəcək.

Diana 1989-cu ildə Bakı şəhərində anadan olub. Uşaqlıqdan musiqi ilə məşğuldur. Fortepiano dərsləri alıb və caz musiqisi ilə maraqlanır. “Bəri bax” musiqi kollektivində çalışıb. 2006-cı ildə Bakı şəhərində 16 saylı orta məktəbi bitirib. Bundan sonra Bakı Musiqi Akademiyasına daxil olub. “Xor dirijorluğu” peşəsinə yiyələnib. Bu illər ərzində caz ilə professional şəkildə məşğul olmağa başlayıb. Hazırda Bakı Jazz Mərkəzində fəaliyyət göstərir.

diana haciyeva

2010-cu ildə Diana Hacıyeva 2011 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil etmək üçün milli seçimlərə qatılıb. Təsnifatı keçən Diana 77 iştirakçının yer aldığı yarımfinallarda 6-cı yarimfinalda yer alır. 20-24 dekabr arasında çıxış edən Diana Hacıyeva sonda 7 xal toplayır və qrupda 4-cü yeri tutur. 2011-ci ildə Diana Hacıyevanın “Find Yourself” adlı debüt klipi çəkilib.(azxeber.com)