Balaca orqan: bununla necə yaşamaq lazımdır

29/12/2016
3862 Baxış

balaca cinsi orqan

Balaca cinsi orqan – intim həyatınızın üstündən xətt çəkməyə səbəb deyil. Belə orqan ilə də seks ilə məşğul olmaq olar, hətta daha çox.

Nə olur olsun o, yenə də funksiyasını yerinə yetirir

Balaca penisə malik olan kişilərdə ereksiya və tez boşalma problemlərinə daha az rast gəlinir. Burada əsas problem – psixoloji aspektdir ki, istənilməyən nəticələr ilə üzləşilir. Lakin bilin ki, balaca cinsi orqan sahiblərində cinsi istək möhkəm olur və saat kimi işləyir.

Alternativlər

Əgər ənənəvi yolla qadını orqazma gətirə bilmədiniz isə, sizə kömək ola bilər:

– oral seks;
– seks oyuncaqlar (məsələn, vibrator).

Penisi böyütmək istəyi həmişə uğur ilə yekunlaşmır

Müasir dövrdə penisi böyütməyin bir çox yolları var. Misal üçün, plastik cərrahiyə. Qıraqdan etibarlı, yoxlanılmış metod kimi görsənir. Lakin əks təsirləri var: bu ağrılı prosesdir, çox bahadır, əksər hallarda hissiyatın azalması ilə müşahidə olunur. Əgər seksdən həzz almayacaqsınız isə böyük penis nəinizə lazımdır?!

Qeyri-adi seksual fantaziyalar

Adətən balaca penisə malik olan kişilərdə seksual fantaziyalar daha inkişaf etmiş olur. Buna səbəb isə onların daim yenilik axtarışında, daim qadını “doyuzdurmaq” üçün yeni yolların axtarışında olduqlarından irəli gəlir. Qadınlar daha çox fantaziyanı sevirlər.

Seks həmişə yaxşı ola bilər

Əgər cinsi orqan balacadırsa, bu o demək deyil ki, kişi qadını orqazma çatdıra bilməz. Praktikanızı, bacarığınızı, bilik və fantaziyalarınızı işə qoşun və qadını orqazma gətirmək üçün əlinizdən gələni edin. Balaca penis – bu sadəcə bəhanədir.