Pencəyin son düyməsi bağlanmalıdırmı

pencək

pencək

Pencəyin son düyməsinin bağlanmaması hardan gəlib, burada məqsəd nədir? Tarixi bu yazımızda öyrənin.

Pencəyin son düyməsini heç bir zaman bağlamaq olmaz. Bunun şahzadə Eduard VII tərəfindən gəldiyi deyilir. İngiltərə şahzadəsinin düyməni bağlamamağının səbəbi kimi çox kök olduğu deyilsə də, onun cavanlıq şəkillərində də pəncəyin ən alt düyməsinin bağlamadığını görmək olar.

Daha sonralar pəncəyin son düyməsinin bağlanmaması artıq bir dəbə və zövqlü görkəmə çevrilir.

Həmçinin pencək sizə nə qədər uyğun tikilmiş olsa belə onu tam düymələdiyiniz zaman yuxarı hissəsində qeyri-simmetrik görünüş əmələ gəlir. Bu səbəbdən pəncəyin sonuncu düyməsinin bağlanması qəbul edilməzdir. Yalnız əgər pəncəyiniz ikibortludursa, siz bütün düymələri bağlaya bilərsiniz. Burada artıq sonuncu düymənin açıq olması əks təsirə malikdir.

Kişi əlcəklərinin seçimi

kişi əlcəyi

kişi əlcəyi

Model, faktura, rəng və forma baxımından zəngin müxtəlifliyi olan əlcəklər, müasir gündə çoxluq təşkil edir. Bəs, əlcək seçərkən nələrə fikir vermək lazımdır?

Düzgün əlcək seçmək üçün ilk öncə büdcəni və məqsədi dəqiqləşdirmək lazımdır və yalnız bundan sonra alış-verişə çıxmaq.

Rənglər

Əgər qara və qəhvəyi rənglər sizə çox darıxdırıcı gəlirsə, palto və ya gödəkçənizə uyğun digər bir rəng seçimi edin. Üst geyiminizin rəngindən biraz tünd və ya açıq rəng seçə bilərsiniz, həmçinin zümrüd rəngi, tünd göy rəngləri də bu il seçiminiz ola bilər.

Müxtəlif printlərdən də seçim edə bilərsiniz: həndəsi və animasiya.

Ölçü

Mütləq şəkildə əlcəkləri əlinizə taxın və yalnız əlinizdə rahat oturan əlcəyi seçin. Dəri, zamşa, kaşemir və sair əlcəklərdən seçim edin. Əgər dəri əlcəkləri bəyənmədiniz isə, toxuma və ya qeyd etdiyimiz digər materiallara üstünlük verə bilərsiniz. Əgər əlinizi tam sərbəst işlətmək istəyirsiniz isə, seçiminizi yun saplardan toxunmuş əlcəklərdən yana edin.

Dar əlcəklər dərinizin qan dövranını pozacaq və sıx olduğu üçün istini çölə ötürəcək və əlinizin içi daim soyuq qalacaq. Çox geniş əlcəklər isə ilk növbədə səliqəsiz görkəmə malikdirlər. Ən ideal şəkildə – əlcək əldə oturmalı və barmaqlar azad şəkildə hərəkət etməlidirlər.

Bağlanması

Ən ideal variant kimi boğazında rezin bağın olmasıdır. Bu halda soyuq hava içəri daxil ola bilmir və əl isti qalır. Əgər aldığınız əlcək büdcənizə uyğundursa, iki cüt alın ki, itirdiyiniz və ya cırdığınız zaman ehtiyatda əlcəyiniz olsun.

İdman əlcəkləri aldığınız zaman, gödəkçəyə ilişdirmək üçün xüsus bağların olmasına fikir verin. Bunun nəticəsində əlcəkləri itirmək ehtimalınız azalacaq.

Dəri əlcəklər, nəm havada o qədər də məsləhətli deyil. Ən əsası onları qurutmaq üçün isidicilərdən istifadə etməyin. Qar və yağışda ən optimal olaraq, toxuma və ya trikotaj əlcəklər istifadə etmək lazımdır.

İşgüzar kişinin qarderobu

işgüzar adam qarderobu

işgüzar adam qarderobu

İnsanı xarici görünüşünə görə qarşılayırlar, bunu unutmamaq lazımdır. İş həyatının insanları dəbə deyil, prestij və respektabelliyə üstünlük verirlər.

Biznesmenə yaxşı görünməsi üçün kiçik qarderob belə kafidir. Beləki, qarderobda bir neçə kostyum, pencək, şalvar və 10 ədəddən az olmayaraq köynəyin olması kifayətdir.

İş vaxtı istifadə olunan kostyumlar adətən daha tünd rənglərdə olurlar. İstənilməsə belə, daha konservativ olmaq məcburiyyəti var.

Tünd göy və ya tünd boz xətli kostyumlar ən optimal hesab olunurlar. Beləki, belə görkəmdə axşam çağırıla biləcəyiniz iş yeməyində belə görkəmli olacaqsınız. Əks halda evə dəyib əyninizi dəyişməyə vaxtınız olmaya bilər.

Qış aylarında kostyumun rəngi yay aylarına nisbətən daha tünd olmalıdır. İş qarderobunuzu formalaşdırdığınız zaman artıq şeylər əldə etməyin. Öz istəklərinizi imkanlarınıza, imkanlarınızı isə ehtiyaclarınıza bağlayın . Minimum geyim, maksimum variant prinsipinə sadiq qalın. Stilistlər iş adamlarına məsləhət bilirlər ki, iki baza kostyumu əldə etsinlər, biri naxışlı, digəri isə daha ciddi qara, tünd göy və ya tünd boz rənglərdə.

Parçaya mütləq diqqət yetirmək lazımdır. Çoxlu yuyulmasına baxmayaraq, kostyumunuz daim təzə görsənməli, fiziki dəyişiklikləri olmamalıdır.

Əgər seçdiyiniz kostyumları düzgün ala bilsəniz onları da kombinə edib geyinə bilərsiniz. Köynəyiniz isə daim üzərinizdə olan ən açıq rəngli olmalıdır. Naxışlı köynəklər qalstuksuz taxılmalıdır. Manjetlər az da olsa (2 sm) görsənməli, bu səbəbdən qısaqol köynəklərdən istifadə edilməməlidir.

Qalstuk bağladığınız zaman onun düzgün və səliqəli olmasına diqqət yetirin, əks halda bütün görkəminizi poza bilər. Qalstukun düyünü nə böyük, nə də balaca olmalıdır. Optimal qalınlıq yuxarıda 3 barmaq, aşağıda isə 1 barmaqdır.

Ümumiyyətlə qalstuk seçimi kostyumun rəngi və parçasında asılıdır. Beləki, ciddi iş kostyumuna təbii və süni parçadan olan qalstuklar uyğundur. Adətən bunlar çox parlaq və naxışlı olmayan qalstuklardır. Bununla yanaşı kostyumun rənginə uyğunluğu mütləqdir. Qalstuk kostyum ilə eyni rəngdə ola bilər, lakin yaxşı olar ki, ondan daha tünd və ya daha açıq rəngdə olsun. Qalstuk-kəpənək isə rəsmi dəvətlərdə istifadə olunmalıdır.

Corablar adətən qara və boz olur. Çalışın corablarınız uzun olsun ki, ətiniz görsənməsin. Ayaqqabıya gəldikdə isə, qara ayaqqabı bütün kostyumlar ilə gedir, bej-qəhvəyi kostyumlar ilə qəhvəyi ayaqqabıdan istifadə edə bilərsiniz.

Sizlərə bir neçə görkəm misallarını gətiririk:

Boz kostyum — ağ, tünd mavi, çəhrayi, fil dişi rənglərində köynək; istənilən rəng qalstuk; qara ayaqqabı; qalstuk rənginə uyğun corab.

Tünd boz kostyum — ağ, açıq çəhrayi, fil dişi rənglərində köynək; qırmızı-qara qalstuk; qara ayaqqabı; qara corab.

Tünd mavi kostyum — ağ, fil dişi rənglərində köynək; qalstuk boz-qırmızı-bordo; ayaqqabı qara və ya tünd qəhvəyi; corablar tünd boz, bordo, kül rəngi.

Tünd göy, Tünd yaşıl kostyum – ağ köynək; qırmızı-mavi qalstuk; qara ayaqqabı; qara corab, fil dişi köynək; qalstuk qırmızı-yaşıl-qəhvəyi; tünd-qəhvəyi ayaqqabı; açıq qəhvəyi corab.

Qum rəngində kostyum – açıq mavi köynək; tünd mavi qalstuk; açıq qəhvəyi ayaqqabı; açıq mavi corab.

Açıq qəhvəyi kostyum – ağ, çəhrayi, tütün rəngli köynək; yaşıl, bordo və qırmızı-qara qalstuk; kofe və qırmızı-qəhvəyi ayaqqabı; açıq qəhvəyi və bordo corab.

Tünd qəhvəyi kostyum – ağ, bej, açıq çəhrayi köynək; yaşıl-qəhvəyi, qırmızı qəhvəyi qalstuk; qəhvəyi ayaqqabı; bordo və kofe rəngli corab.

Qara kostyum — ağ köynək; boz-gümüşü, qırmızı-qara qalstuk; qara ayaqqabı; qara, kül, tünd bənövşəyi corab.

Dünyanın 7 ən bahalı kişi brendi

pietro baldini

pietro baldini

Bəzi kişilərin pulu çox olduğu üçün bu brendlərə üz tuturlar. Bu brendlərin günlük satışı əksər kişilərin illik gəlirini aşır.

№7. Berluti
Kişi dəri ayaqqabı və aksessuarlarının tanınmış avropa istehsalçısıdır. Şirkət 1895-ci ildə italiyalı usta Alessandro Berluti tərəfindən açılıb. 1993-cü ildən Bernara Arno imperiyasına aiddir.

Berluti çəkmələri xüsusi Venezia dərisindən əldə tikilir, ən ucuz Berluti çəkməsi isə 2 min dollardır.

№6. Brioni
Bugün Brioni ən prestijli və bahalı kişi geyim markasıdır. Təməli Romada 1945-ci ildə dərzi Nazareno Fontikoli və iş adamı Qaetano Savini tərəfindən qoyulub. Brioni markası 60 ildir ki, tanınmış siyasətçi, aktyor və iş adamları arasında məşhurdur. Kostyumların orta qiyməti 5 min dollar olaraq hesablanır.

№5. Atelier Yozu
Dünyanın ən bahalı taxma düymələrini istehsal edən zərgərlik evidir. Aksessuarların qiyməti 9 min dollardan başlayır.

№4. Eton
Kişi köynəklərini tikən tanınmış isveç brendidir. Şirkətin 80 illiyinə dünyanın ən bahalı köynəyi tikilmişdir – 45 min dollar. Bu köynək bahalı misir pambığından hazırlanıb və düymələri rəngli brilliantlar ilə bəzədilib. Eton markasının daimi müştəriləri arasında İsveç kralı da var.

№3. Billionaire Italian Couture
Kişilər üçün dəbli moda evidir. Billionaire Italian Couture 2005-ci ildə Flavio Briatore tərəfindən açılıb. Bütün geyimlər əldə tikilir və məhdut sayda buraxılır. Billionaire Italian Couture dünyanın ən bahalı çətirlərini hazırlayır. Beləki, bu çətirlər əl ilə timsah dərisindən hazırlanır və qiyməti 50 min dollar təşkil edir.

№2. Pietro Baldini
Eksklüziv qalstuk və yaylıq istehsal edən alman brendidir. Burada da aksessuarlar əldə hazırlanır, üstəlik müştəri istəyi də nəzərə alınır. Belə qalstuk üçün 250 dollarınızdan keçməlisiniz.

Pietro Baldini’yə aid ən bahalı qalstukun qiyməti isə 130 min dollardır. Bu qalstuklar seven fold (yeddi qat) texnologiyası ilə hazırlanıb və 4 karatlıq Top Welton brilliantı ilə bəzədilib. Müştərinin istəyi ilə brilliantı az olan qalstuk da hazırlamaq olar ki, ən balaca 0,01 karatlıq brilliant ilə olan qalstukun qyməti 10,5 min dollar təşkil edir.

№1. Patek Philippe
Tanınmış isveçrə saat brendidir. Patek Philippe S.A. şirkəti 1839-cu ildə polşalı Antoniy Patek və fransalı saatçı Adrien Filipp tərəfindən açılıb. Bu marka dünyanın ən bahalı saatlarını hazırlayır. Misal üçün, Patek Phillipe’s Supercomplication saat modelinin qiyməti 24 milyon dollardır. Brendin ən ucuz saatının qiyməti isə 10 min dollardan başlayır.

Kütlə içində seçilin

kütlə

kütlə

Adi insan olmayın. Daim xarici görünüşünüz ilə, daxili keyfiyyətləri unutmamaqla, kütlədən seçilin.

Bunu necə edək soruşursunuz isə, cavabı aşağıdadır:

Geyim

Çalışın rənglərdən çox istifadə edin. Yay mövsümündə xüsusən gözəçarpan rənglər sizi daim seçilən edəcək.

Qara

Qara rəng həmişə dəbdədir. Bütün qara geyinsəniz, kütlə içində seçilə biləcəksiniz. Lakin bunu çox zövqlə etməlisiniz.

Uyğun olmayan

Misal üçün, pəncək ilə şort geyinsəniz, siz heç bir zaman kütlədə itməyəcəksiniz. Sınanılıb: Tünd göy pencək, polo köynək, boz şalvar.

Ekstra səliqəli

Bəzən sadəcə səliqəli geyinmək yetərlidir. Təmiz və ütülü görkəm daim diqqət cəlb edir.

Arnold

Arnold olun. Böyük əzələ kütləsi, hündür boy kütlədə seçilməyə zamindir.

2016/2017 kişi payız-qış trendləri

oversize_1

Havalar soyuyub artıq və isti geyimlərə keçmişik. Bəs bu mövsümün trendi nədir? İDOL.AZ jurnalını izləyin.

Toxunma geyimlər

Yeni kolleksiyalarda yalnız toxunma şərf və sviterlərdən başqa toxunma gödəkçə, kardiqanlar da var. Onlar daha təbii görkəmə malikdirlər və rahatdırlar. Qışda isə əvəzolunmaz olacaqlar.

oversize

Oversayz (böyük ölçü) geyimlər

Bu mövsümün əsas trendi böyük ölçülü geyimlərdir. Xüsusən bir neçə qatdan ibarətdirsə. Bəzi dizaynerlər isə gödəkçə ilə paltonu eyni zamanda geyinməyi məsləhət bilirlər.

oversize_1

Dama-dama print

Həm iri və həm də kiçik damalar dəbdədir. Xüsusən dama şalvar, kostyum, palto və pencək.

oversize_2

Fentazi və gül printləri

2016/2017 dəbinin yeni dalğası gül və fentazi printləridir. Bu hətta pəncək və gödəkçələrdə də öz əksini tapa bilər.

oversize_3

Göy rəng

Mavi və göy rənglər kişi görkəmində bu mövsüm dəbdə olacaq.

oversize_4

Qırmızı rəng

Göydən geri qalmayan qırmızı rəng olacaq. Qırmızı köynək, kostyum, palto və hətta idman geyimləri. Lakin tam qırmızıya bürünmək lazım deyil, bir element olsa bəsdir.

oversize_5

Təbii və eko-xəzlər

2016/2017 payız-qış kişi görgəmində xəzlər geniş yer alır. Gödəkçələr, paltolar.

oversize_6

Pançolar

Dünyanın məşhur dizaynerləri paltonu isti pançolar ilə əvəzləməyi təklif edirlər. Toxunma, yun və dəri aksessuarlar trend olacaq.

oversize_7

Kişinin səsi – kişinin silahıdır

kişi səsi

kişi səsi

Səs – müasir kişinin əsas psixcoloji silahlarındandır. Səs ilə rəqiblərə təsir etmək, zəif cinsin nümayəndələrinin rəğbətini qazanmaq olar.

Monoton kişi səsi.

Düşmənlər – qorxur, qadınlar – sevir. Kaliforniya Universitetinin alimləri sübut ediblər ki, monoton kişi səsi qadınları ehtiraslandırır. Bezdirici yox, məhz monoton. Yüksək tonlara keçitsiz və artıq “əzilmələrsiz”.

Monoton kişi səsi – müstəqillik, güc və hökmranlıq əlamətidir. Belə kişi vəziyyəti idarə edir və çətinliklərdən çəkinmir. Qadınların belə səsdən xoşu gəlir. Qadınlar şuuraltı onları qoruya biləcək kişini hiss edirlər.

Sevməyən və düşmənlərə olduqca təsir edir monoton səs. Sakit insan həmişə güclü və özünə inanan təsir bağışlayır. Sakit səs tonu daha vahiməlidir.

Nə etmək lazımdır? Sakit danışmağı öyrənin. Bilin ki, emosional danışanlardan deyil, sakit və özünə əmin formada danışanlardan qorxurlar.

Aşağı tonlu kişi səsi

Testosteron səviyyəsi nə qədər yüksəkdirsə, kişinin səs tonu bir o qədər aşağıdır. Bunu qadınlar dərhal hiss edirlər. Aşağı ton səsli kişilər qadınları ehtiraslandırırlar.

Nə etmək lazımdır? Əgər kişinin səsi yüksək və cırıldayandırssa – bu pisdir, lakin düzələndir! Kişi səsini daha aşağı və sərt necə edə bilər?

1. Aşağı notları oxumağa çalışın. “a” hərfini 5 dəqiqə oxuyun. Notanı bacardığınız qədər uzadın. Növbəti gün yenidən eyni məşqi edin, lakin səsinizi bir/yarım ton aşağı salın. Bir müddətdən sonra səsiniz aşağı və daha sərt olacaq.

2. Burnunuz ilə nəfəs alın, idmanla məşğul olun. Bu səs tellərinin sərtləşməsi üçün vacibdir. Qaçış ilə məşğul olun və çalışın bu müddətdə yalnız burnunuz ilə nəfəs alasınız.

3. Vokal dərslərinə yazılın. Bu sizə səsinizi idarə etməyi öyərədəcək.

4. Futbol matçlarına gedin. Bir çox fanatlar sərt və kobud səslərə malikdirlər. Daimi getsəniz sizin də səsiniz kobudlaşacaq.

5. Həkimə gedin. Xüsusi əməliyyat var ki, həkim səsinizin cırıltısını cərrahi yolu ilə götürə bilər.

Kişi pıçıltısı

Bir çox kişilər pıçıltıya önəm vermirlər. Alimlər sübut ediblər ki, kişi pıçıltısı da qadınları ehtiraslandıra bilir.

Səsin tonunu aşağı salmaq

Yaxşı olar ki, intim abu-havada səsinizin tonunu aşağı salasınız. Bu qadının tüklərini “biz-biz” edəcək və daha da həyacanlandıracaq. Qadının başını əlindən almaq üçün metoddur.

Səsinizdən istifadə edin!

Kişilər üçün botoks

kişilər üçün botoks

kişilər üçün botoks

Üz yaraşıqlığı və cavanlıq sizi daha uğurlu və cazibədar edəcək ki, biznesdə və qadınlar ilə münasibətdə daha uğurlu olacaqsınız. Kişilərin daim gənc görkəmə sahib olmaq istəyində pis nə var ki?

Artıq gənc və qırışıqsız nəinki qadınlar, həmçinin kişilər də ola bilərlər. Qərbdə artıq çoxdan kişilər kosmetoloqları ziyarət edir və prosedurlar elətdirirlər. Kosmetoloqiyaya üz tutan kişilərin sayı son illər üç dəfə artıb. Ən cüzi əməliyyat isə botoksdur. Bu hətta əməliyyat deyil, bir neçə dəqiqənizi alacaq iynədir. Bu iynələrdən ulduzlar və varlılar istifadə edirlər.

Kişilər üçün botoks iynələri

Botoksun köməyi ilə alnınızdakı şaquli, göz ətafı, yanaq, çənə qırışlarından azad ola bilərsiniz. Botoks üz tərləməsini azaldır. Əli tərləyən biznesmenlər aksər hallarda sağ əllərinə botoks vurdururlar ki, tərli əllə salamlaşmasınlar. Bu biznesmenlər üçün çox vacibdir. Əgər 30-50 yaşlarında kişinin görüşdüyü qadın ondan cavandırsa, botoks onun köməyinə gələ bilər.

Botoksdan əvvəl kişi nə etməməlidir?

Botoks iynəsindən bir gün əvvəldən spirtli içki qəbul etmək olmaz. Üzə qan axınını çoxaldacaq hərəkətlər və idmanla məşğul olmaq olmaz. Yüksək qan dövranı preparatı düzgün yaymağa mane ola bilər.

Kişilər üçün botoks əməliyyatı 5-10 dəqiqə davam edir və 10 dəqiqə sonra buz ilə soyudulur. Botoks iynəsi ağrı vermir, əgər ultra həssas dəriniz varsa yerli anesteziya üçün kremdən istifadə etmək olar.

Botoksdan sonra kişilərin üzlərinə toxunmaları və onu massaj etmələri olmaz. Bir neçə saat uzanmaq, idman ilə məşğul olmaq, mimik hərəkətlər etmək, dərman qəbul etmək olmaz. Nəticəni kişilər artıq 5-7 gündən sonra görə bilərlər, maksimum bu müddət 2 həftəyə qədər uzana bilər.

Kişilər üçün əks təsir adətən yoxdur. Bəzi nadir hallarda iynənin yeri qanaya, başınız ağrıya, gözünüz cüt görə bilər. Lakin bu baş versə belə çox tez bir zamanda keçib gedir.

Botoksun təsiri 4-6 ay davam edir, təkra iynədən sonra təsir 12 aya qədər uzana bilir. Botoksu dayandırdıqdan sonra isə hər şey əvvəlki halına qayıdır.

Botoksu 18-65 yaş arasında olan kişilər istifadə edə bilər. 2015-ci ildə statistikaya görə 500.000 dən çox kişi botoks edib.

Dəbli görkəm üçün 8 məsləhət

dəbli olmaq

dəbli olmaq

İkinci dəfə xoş təsəvvür yaratmaq kimi fürsətiniz olmaya bilər. Bu səbəbdən xarici görünüşünüzə mütləq diqqət yetirməlisiniz.

Bunun üçün sizlərə redaksiyamız 8 məsləht toplayıb və təqdim edir:

Hər bir şey ideal oturmalıdır

Ayaqqabı nə qədər ideal olsa da, əgər ayağınızı sıxır və ya böyükdürsə, onu almayın. Bu hər şeyə aiddir: şalvar, köynək, pencək və sair. Özünüzə ideal ölçüdə geyim seçin. Yalnız onda özünüzü rahat və əmin hiss edə biləcəksiniz.

Hiss etdiyiniz kimi edin

Stereotipləri qırın. Əgər nəisə xoşunuza gəlirsə edin. Əsas idman paltarı ilə klassik ayaqqabı və ya klassik palto və ya bunun kimi sair şeylər olmasın.

Məzuniyyət

Məzuniyyət istədiyiniz kimi geyinməyə səbəb deyil. Özünüz ilə mütləq götürün:

sadə köynək;
kaşemir sviter;
1-2 polo köynək;
cins;
mokasin;
sandal.

Yaşınızı unudun

Əgər hətta siz 40-ı keçmisiz isə, bu rəngli printli köynəklər geyinməməyə səbəb deyil. Əsas doğru vaxt və yer seçimidir.

Qol saatı

Sizdə onlardan bir neçə ədəd olmalıdır. Bilin ki, kişi üçün qol saatı – qadın üçün ətirdir.

Dəbin dalınca qaçmayın

Bu zaman individuallığınızı itirə bilərsiniz. Çalışın öz görkəminiz olsun.

Olmalıdır

Hər bir kişinin qarderobunda olmalıdır:

dəri gödəkçə;
yaxşı klassik dəst geyim.

Şərf

Bir iki sadə boğazda çevirmə yetərlidir. Qadınlar kimi şərf içinə girməyin. Kişilər daha dözümlü olmalıdırlar.

Payız qarderobunuzda olsun

payız qarderobu

payız qarderobu

“Payız gəldi uçdu getdi quşlar”. Sizin isə isti ölkələrə getmək planınızda yoxdursa, qarderobunuzu gözdən keçirməyin vaxtıdır.

Üst geyim

Bu nəinki sizi külək, soyuq və yağışdan qoruyacaq, həm də bu sizin vizit kartınız rolunu oynayacaq. Üst geyimini görkəminizə görə seçin:

* işgüzar və kajual görkəm – dəbli palto və ya plaş;
* idman görkəm – idman gödəkçələri;
* maço, bayker və roker görkəm – kul dəri gödəkçələr.

Ayaqqabı

Əgər siz normal ayaqqabıdasınız isə, sizə heç bir soyuq və yağış qorxulu deyil. Məsləhətdir ki, ciddi ayaqqabıları bəzən rəngli ayaqqabılar ilə əvəzləyəsiniz – sizin görkəminizə fərahlıq gətirsin.

İsti geyim

Yaxşı olar ki, bu isti geyimlər təbii parçalardan olsun. Bu payız qarderobunuza edəcəyiniz ən yaxşı investisiya olacaq. Hər cür isti corab, şalvar, kofta və sviterlər sizin qarderobunuzda olmalıdırlar.

Aksessuarlar

“Strepsils” udmaqdan bezmisiniz? Boğazınıza şərf bürüyün. Papaqdan da istifadə etsəniz pis olmaz. Havalar bərk soyuyanda isə əlcəkdən istifadə edin ki, həm isti olsun, həm də dəriniz zədələnməsin.