CV-nizin baxış sayına təsir edən amillər

26/10/2016
579 Baxış

cv

İşədüzəltmə saytlarından hər hansı birinə CV-nizi yerləşdirdikdən sonra onun kifayət qədər baxış sayına sahib olmasının qayğısına qalmaq lazımdır.

Göstərici nə qədər yüksək olarsa, iş axtaran şəxsin müsahibəyə dəvət edilmə şansı da bir o qədər çox olar. Profilinizin işədüzəltmə üzrə sosial şəbəkələrdəki ziyarət sayını izləmək çox asandır, lakin bu baxış sayının artması və daha effektiv olması üçün onun hansı amillərdən asılı olmasını bilmək lazımdır.

Beləliklə, CV-nizin baxış sayını artıran amillər:

1. Rezümenin yenilənməsi. İşəgötürən şəxslər mütəmadi olaraq yüzlərlə rezümeni nəzərdən keçirir. Lakin statistikaya əsasən, seçilən namizədlər adətən ilk baxılan 30-50 CV içərisindən təyin edilir. Bu səbəbdən də, CV-nizin siyahının əvvəllərində yer alması çox vacibdir. Rezümeniz siyahıda nə qədər çox yüksəkdə yerləşərsə, işəgötürən şəxsin diqqətini cəlb etmə şansı bir o qədər yüksəkdir. Bu öz növbəsində sənədin uğurluluğuna da təsir edəcək. Mütəmadi olaraq rezümeni yeniləmək onu siyahı yuxarı pillələrə qaldıracaq. Rezümeni yeniləməklə yeni iş əldə etmək şansınız 30% artır.

2. Relevantlıq. İşədüzəltmə saytlarında yerləşdirilən hər bir rezümenin axtarış veriləndə təklif edilən özünəməxsus rütbəsi var. Sistem daxil edilən sorğuya ən dolğun şəkildə uyğun gələn sənədi təqdim edir. Bu səbəbdən də, rezümenizi yerləşdirərkən məlumatları dolğun və tam şəkildə daxil etmək mütləqdir. Bu isə sənədinizin effektivliyini 10% artırır.

3. Açar sözlər. Müəyyən bir vakansiya üzrə namizədliyinizi irəli sürdükdə, rezümenizdə maksimum açar söz göstərmək lazımdır ki, axtarış zamanı sənədiniz axtarış sistemi tərəfindən tapılsın. Bu isə öz növbənizdə şansınızı 15% artırmağa xidmət edir.

4. Əlaqə nömrələri. Rəhbər şəxsin sizinlə əlaqə yaratmasına xidmət edən əlaqə vasitələrinin çoxluğu rezümenizin qiymətləndirilmə şansını artırır. Əlaqə vasitələri bölməsində kifayət qədər məlumatın olmaması (telefon nömrəsi, e-mail ünvanı, skype, əlavə telefon nömrəsi) rezümenizin rəhbər şəxs tərəfindən rədd edilməsinə səbəb ola bilər. Bu isə kifayət qədər məntiqli addım olardı. Əlaqə vasitələri haqqında məlumatın dolğun olması əlavə olaraq şansınızı 5% də artıracaq.

5. Lokanik məlumat. İşəgötürən şəxsin diqqətini cəlb etmək üçün potensial namizədin cəmi 6 saniyəsi var. Bu zaman ərzində rezümeniz onun diqqətini cəlb etməlidir. Bu səbəbdən də, bütün məlumat struktur baxımından düzgün və lazımi qaydada tərtib edilməlidir. Bu əlavə 25% uğur deməkdir.(banker.az)

check out this adidas yeezy boost 350 v2 peyote sample adidas yeezy boost 350 v2 peyote adidas yeezy boost 350 v2 peyote sample adidas yeezy boost 350 v2 peyote adidas yeezy 350 boost v2 earth sample adidas yeezy boost 350 v2 earth confirmed earth adidas yeezy boost 350 v2 sample fake adidas yeezy boost 350 v2 earth adidas yeezy boost 350 v2 earth adidas yeezy boost 350 v2 white size info adidas yeezy boost 350 v2 peyote sample adidas yeezy boost 350 v2 solar red adidas confirmed app adidas yeezy 350 boost beluga adidas yeezy boost 350 v2 store list adidas yeezy boost 350 v2 adidas yeezy boost 350 v2 beluga confirmed release date adidas yeezy boost 350 v2 beluga solar red yeezy boost 350 v2 grey orange nice kicks dtla adidas yeezy boost 350 v2 release yeezy surprises buy adidas yeezy boost 350 v2 online