Dar kişi şalvarları: hansıları seçmək və nə ilə geyinmək?

28/09/2016
1763 Baxış

dar kişi şalvarları

Dəbdən başı çıxan kişilərin sayı hər gün artır. Kişi görkəmi hər gün müxtəlifləşir. Son illər kişilərin üstündə dar şalvarlara və cis skinnilərə rast gəlmək mümkündür. Bu nə geyimdi, nədən tikirlər və kimlərə yaraşır, araşdırmağa çalışaq.

Dar şalvar yoxsa skinni?

İlk dəfə tam dar kəsmə şalvarlar XX əsrin 60-cı illərində The Beatles qrupu tərəfindən dəbə salınmışdır. Bu qrupun əfsanəvi iştirakçiları uzunluğu boyu dar kəsmə şalvarlara üstünlük verirdilər. Üstəlik bunlar qısa model idilər, topuğu və botu açıq saxlayırdılar.

İkinci dəfə dar şalvarlara olan dəb 2000-ci illərin əvvəlinə rast gəlir. İlkin olaraq bu şalvarlar yeniyetmələr arasında populyar olsa da, son illər dar modellər yetkin kişi dəbində də öz yerini möhkəmləndiriblər. Hətta klassik kişi kostyumlarında da bu model şalvarlardan istifadə etməyə başlayıblar.

“Skinni” (skinny) ingilis dilindən “dar” kimi tərcümə olunur. Skinny – yalnız ətəyi deyil, tam dar kəsilmiş şalvar modellərinə deyilir.

Dar kişi şalvarları kimlərə yaraşır

Bu suala cavab kimi dərhal hündür, formada olan kişilər ağla gəlir. Lakin çəki və boyda bəxti gətirməyənlər də düzgün kombinasiya ilə dar şalvarlardan istifadə edə bilərlrə. Sizlərə bəzi məsləhətləri təqdim edirik:

1. Dəstəboy kişilərə qısa şalvarlar məsləhət görülmür. İndi 7/8 uzunluq dəbdə olsa da, bu yalnız hündür kişilərə yaraşır, belə şalvar vizual olaraq ayaqları qısaldır. Məsləhətdir ki, sizlər adi uzunluqda dar şalvarlar əldə edəsiniz və ayaqqabını eyni tonda seçəsiniz. Beləliklə, siz vizual olaraq ayaqralınızı uzatmış da olacaqsınız.

2. Kök kişilər də özlərinə uyğun dar şalvar tapa bilərlər. Burada iki qaydaya əməl etmək vacibdir. Birincisi, mütləq öz bədən ölçünüzə uyğun şalvar əldə edin. Bir-iki ölçü kiçik geyimlər həmişə əks effekt verir. Şalvar məsələsində isə qarnınız şalvarın üstünə sallanacaq və köklüyünüz daha gözəçarpan olacaq.

İkincisi, bədən quruluşunun çatışmamazlıqlarını aradan qaldırmaq üçün rənglər ilə oynamaq olar. Yaxşı olar ki, skinni və köynəyiniz eyni rəng tonunda olsun. Belə siz daha arıq və hündür görkəmə malik olacaqsınız. Çox darıxıdırıcı olmasın deyə aksessuarlardan istifadə edə bilərsiniz: qalstuk, şərf, jilet və sair.

3. Əgər kişi hündür və arıqdırsa, bilin ki, 7/8 uzunluğa malik skinnilər məhz onun üçün yaranıb. Bu model şalvarlar sizi daha dəstəboy və kök göstərəcəklər. Həmçinin bu tip bədən quruluşuna malik kişilər ətəyi majet olan şalvarlardan da rahatlıqla istifadə edə bilərlər.

Skinni hansı parçalardan tikilir

Əsasən dar şalvarlar qalın parçalardan tikilir: denim, sarja, stretç, qalın pambıq. Yay modelləri isə əsasən kətan və nazik pambıq parçalardan hazırlanırlar.

Klassik skinnilərin qalın parçadan olması vacibdir. Bu şalvarları az əzik formada da geyinmək olar.

Dəbli rənglər, modellər və nə ilə geyinmək

Əgər söhbət isti aylardan gedirsə burada klassik və açıq rənglərdə skinnilərə üstünlük verilməlidir. Ən dəbli variant isə ətəyi qatlanmış dar ağ cinsdir ki, bunu həm casual həm də klassik görkəmdə istifadə edə bilərsiniz. Dəbli mokasinlər və görünməyən corabları unutmayın.

Üstünə boş və polo t-shirtlər geyinə bilərsiniz. Mühit daha ciddi olmağı tələb edirsə, bir iki ağ köynək əldə etməkdə fayda var. Həmçinin açıq çəhrayı, pudra rəngli köynəklər seçə bilərsiniz. Mokasini dəbli ked və krossovkalar əvəz edə bilər.

Payız ayları üçün tünd göy rəngində klassik skinnilərdən istifadə edə bilərsiniz. Həmçinin bu il “hərbi” print də dəbdədir. Onları hündür və kobud dəri botlarla kombinə etmək məsləhət görülür.

Skinni şalvarları ilə klassik dəstlər

Əgər siz müasir klassik görkəmi bəyənirsiniz isə, 1-2 dar şalvarlı kostyum əldə etməyiniz məsləhətdir. Lakin burda bəzi məqamlarda diqqətli olmaq lazımdır. Misal üçün, müasir interpretasiyada klassik kişi kostyumların eyni rəng tonlarında olması vacib deyil. Həmçinin pəncək bir iki ton açıq və bəzi printlərlə də ola bilər. Kostyumun görkəmi nə qədər azad olsa, skinni şalvar bir o qədər uğurlu seçim olacaqdır.

Bilin ki, ciddi klassik kostyumların şalvarları qısa olmamalıdır! Belə kostyumlar rəsmi olmalı və kübarlığınızı ortaya çıxartmalıdır. Rəsmi görkəmdə dress-koda riaət olunması tələb olunur. Burada orijinallıq nümayiş etdirmək yersiz olar.