Enli kürək əzələlərinin məşqi

21/09/2016
2355 Baxış

enli kürək əzələləri

İnkişaf etmiş enli kürək əzələləri sizin bədən qurluşunuza V şəkli verir ki, bu da ideal hesab olunur.

Kürək əzələlərini idmançı görmədiyi üçün onlara çox diqqət ayırmasa da, bilməlidir ki, ideal bədən quruluşuna və idmançı bədəninə malik olmaq üçün mütləq kürək yaxşı inkişaf etmiş olmalıdır. Bu məqalədə sizlərə enli kürək əzələləri üçün məşqlər təqdim edəcəyik.

Enli kürək əzələləri üçün məşqlər

Əgər sizin bədən quruluşunuz düzbucaq, oval və hətta dairə şəklindədirsə, öznüzü ələ alın və enli kürək əzələlərinizi inkişaf etdirin. Dartınma, yerdən qaldırma, T-qrif ilə məşq, blokda dartınma – enli əzələlərin işlənməsi üçün klassik məşq hərəkətləridir. Lakin əziyyətiniz boşa getməsin deyə mütləq düzgün texnikaya riaət etməlisiniz. Bu sizi zədələrdən qoruyacaq və lazım olan əzələləri işlətməyinizə kömək olacaq.

Yuxarı blokda sinəyə dartma

Hərəkət zamanı kürək sümüklərinizi sabit saxlayın, əlinizi və biləyinizi boş buraxın, çalışın bütün güc enli kürək əzələlərinə düşsün. Məşq zamanı başınız və boynunuzu təbii şəkildə saxlayın.

Blokda oturaraq qarına dartma

Blokda arxaya dartaraq, enli kürək əzələlərinizi gərginləşdirin. Dirsəkləriniz çiyin ilə eyni səviyyədə olmalıdır. Hərəkət zamanı çiyinlərinizi oynatmayın, dirsəkləriniz isə aşağı baxmalıdır. Belinizi düz saxlayın.

Əyilərək ştanqanın qarına qaldırılmaq (dartmaq)

Bu çox məsuliyyətli hərəkətdir. Əliniz və biləyinizi maksimum boş tutaraq, kürəyinizi gərgin saxlayın. Yerinizdə sabit durun özünüzə bədəniniz ilə kömək etməyin. Belinizi düz saxlayın, əyməyin. Bədəniniz və dizlərinizi hərəkət boyu eyni istiqamətdə saxlayın. Bu məşqi az çəkilər ilə edin və əsas texnikaya diqqət yetirin.

Bütün kürək məşqlərində bisepslərə güc düşür. Siz yalnız kürək işləyərək, bisepsləri işlətməməyi bilməyəcəksiniz. Lakin sadəcə bu hərəkətlər zamanı çalışmalısınız ki, bisepslərə düşən güc minimum olsun.

Buna necə nail olmaq olar? Başlanğıc olaraq bütün məşq edənlər kürək məşqlərini yüngül çəkilər ilə yerinə yetirməli və əsas diqqəti edilmə forması və texnikaya ayırmalıdırlar. Bir çoxları kürək məşqlərində ağır çəkilərə üstünlük verirlər və nəticədə zədələrə yol açırlar və istənilən nəticəyi əldə edə bilmirlər.

Yüngül çəkilərdən başlayın və minimum 6 həftə sonra texnikanı qavradıqda çəkiləri artırmağa başlayın.