Evdə hazırlanan protein kokteylləri

15/12/2016
3097 Baxış

homemade protein shakes

Əzələ kütləsinin artırılması üçün sirr deyil ki, əlavə protein qəbulu olmalıdır. Lakin bir çoxlarımız protein istehsalçılarına inanmır və ya onları əldə etmək üçün maddi çətinlik çəkir.

Bunu nəzərə alaraq İDOL.AZ sizlərə yeni protein kokteylləri reseptini təqdim edir. Lakin bilin ki, bu kokteylər protein tozları kimi tez bir zamanda nəticə vermir, ancaq yenə də köməyi hiss ediləcək qədər vardır.

Darçınlı protein kokteyli

Lazım olanlar: yarım litr yağsız süd, bir xörək qaşığı darçın, bir çay qaşığı bal, bir ədəd kivi, yarım banan

Hazırlanması: Bütün məhsulları blendirə atın və yaxşıca qarışdırın. Həm ləzzətli, həm də məqsədəuyğun olan bu kokteyl işinizə gələcək.

*Bu kokteyldə 18,8 qr protein və 45 qr karbonhidrat var.

Kəsmikli protein kokteyli

Bu təqdim etdiyimiz protein kokteyli isə hər kəsin cibinə uyğun olacaq.

Lazım olanlar: bir ədəd banan, üç çay qaşığı kakao, iki stəkan su, 250 qr kəsmik

Hazırlanması: Yenidən blenderdə sıyıq halına qədər qarışdırırsınız.

*Bu kokteyldə 25 qr protein və 200 qr karbonhidrat var.

Assorti protein kokteyli

Sözügedən protein kokteyldə zülalın miqdarı yüksəkdir və bu kokteyli ikiyə bölərək, məşqdən öncə və dərhal sonra içə bilərsiniz.

Lazım olanlar: 400 ml yarım yağlı süd, iki ədəd suda bişmiş yumurta, 200 qr kəsmik, bir ədəd banan, 1 çay qaşığı bal, iki çay qaşığı kakao, 3-4 ədəd badam, bir çimdik duz və zeytun yağı.

Hazırlanması: Eyni ilə blenderdə sıyıq halına gələnə qədər qarışdırın və için.

*Bu kokteyldə 61,8 qr protein var.

Evdə hazırlanan digər kokteyllər üçün BURA daxil olun.