Evdə hazırlaya biləcəyiniz Fıstıq Əzməsi

fıstıq əzməsi

Bahalı şokolad yağları və kremlərinə artıq pul xərcələməyə dəyməz. Özünüz də evdə fıstıq əzməsi hazırlaya bilərsiniz.

İdmanla əlaqəli olan hər bir şəxs bilir ki, fıstıq əzməsi – əzələləri qidalandıran və bərpasını sürətləndirən enerji mənbəyidir. Fıstıq əzməsi 77% doymamış yağ turşularından, nadir E və F vitaminlərinin birləşmələrindən ibarətdir. Bu hələ B2, B3, B6, C, B5 və digər xeyirli vitamin və mineralları hesaba almasaq.

Həmçinin fıstıq əzməsi arıqlamağa kömək edir, günəş bronzlaşmasını saxlayır və hətta zehni fəaliyyəti yaxşılaşdırır. Onun bahalı olması insanları rahatsız etdiyi üçün, biz sizlərə evdə hazırlanmasını təqdim edirik.

Lazım olanlar

* 2 stəkan duzlu olmayan təmizlənmiş fısdıq;
* 1 xörək qaşığı yağ (bitki, kərə və ya fıstıq);
* yarım çay qaşığı duz (istəyə görə az və çox ola bilər);
* 1 xörək qaşığı bal;
* yarım çay qaşığı darçın.

Hazırlanması: Bütün qeyd olunanları blenderlə əzin. Qarışım ceməbənzər bir kütləyə çevrilməlidir. Daha sonra soyuducuda gözlədin və istifadə edə bilərsiniz.

Alınan məhsulun 100 qramında:

* 229 kkal;
* 19,9 qr yağ (0 qr xolesterin);
* 147,1 mq natriy;
* 7,9 qr karbohidrat;
* 8,6 qr zülal var.

Leave a Reply