Kişi dostluğunun 4 əsas qaydası

28/12/2016
1020 Baxış

kişi dostluğu

Kişi dostluğunu pul ilə almaq olmaz, bəzi qadınlar kimi bir istifadəlik də deyil. Kişi dostluğu zamanla püxtələşən və möhkəmlənən dostluqdur.

İDOL.AZ kişi dostluğunu daha da möhkəm etmək üçün bəzi qaydaları sizinlə bugün paylaşır.

№1. Kişi dostluğu müqəddəsdir

Siz aylarla zəngləşməyə və daha çox da görüşməyə də bilərsiz. Lakin bunlara baxmayaraq dostsunuz. Görüşəndə heç kəs tirpaşlıq etmir, hamı yenə sadə və özünküdür. Səmimi olaraq, olub keçənlər barədə bir-biriniz ilə bölüşürsünüz.

Zamanla dostlar azalacaq: onlar iş yerlərini dəyişəcək, evlərini və hətta digər ölkələrə köçəcəklər. Lakin hələki onlar “yanınızdadır” – sizlər dostsunuz. Sizin eniş və çıxışlarınızda daim yanınızda olanlar.

№2. Kişi dostluğu və qadınlar

Yeni qadın tez tapılar. Dostlar ilə vəziyyət fərqlidir. Dostlarınıza qiymət verin. Qadın sizin aranızda heç bir zaman mane olmamalıdır.

№3. “Ovda” davranış qaydaları

Əgər qadınla tanış olmaq istəyrisiniz isə dəqiq olaraq, kim kimin olacağı barədə gərarlaşın. Elə olmasın ki, siz dostunuzun bəyəndiyi qadını əlindən almış olasınız. Kişi kimi oturun və danışın.

№4. Dostluq və birlik

Kişi birliyi – dosta bütün məsələlərdə, xüsusən də qadınlarla bağlı bütün problemlərdə köməkliyin göstərilməsidir. Bu köməklik dostunuzun düz və ya səhv olmasından asılı olmayaraq göstərilməlidir. Kişi birliyini unutmayın və onu sərgiləyərək, gələcək nəsillərə nümunə olun.