Məşqdən sonra duş qəbulunun sağlamlığa təsiri

məşqdən sonra duş

Məşqdən sonra duş qəbulu bilindiyi kimi lazımlı olmaya da bilər.

Çox məşq edib, tərləyib və dərhal sonra duş qəbul edirsiniz? Bu məntiqli görsənsə də, hər gün duş qəbulu dərinizin müdafiə təbəqəsinə zərər verir və dərinizdəki bakteriyaların tarazlığı pozulur. Beləki, bir çox dəri xəstəlikləri məhz “xeyirli bakteriyaların” azlığından irəli gəlir.

Göbələk xəstəliyi kimi təhlükələr olan idman zallarında duş qəbulu həqiqətən təhlükəsizdirmi? Bəli, əksər hallarda cavab “bəli, təhlükəsizdir” olmalıdır, lakin hər səfərində bundan qaçmaq üçün də bir neçə səbəb var.

Həddindən artıq təmizlik və duş qəbulu bizim dərimizi lazımı bakteriyalardan təmizləyir. Nitrosomonas eutropha (amonyak oksidlədici bir bakteriya) bir zamanlar dərimizdə olsa da, onu məhv etməyə başlamışıq. Elm adamlarının sözlərinə görə bu bakteriyalar tərimiz ilə qarışıb nitrit və nitrik oksidinə çevrilərək bizim dərimizi təmiz qalmasına, həzmin yaxşılaşmasına və həmçinin iltihablardan qarşısının alınmasına kömək edirdi. Müasir insanlarda bu bakteriyalar yoxdu, alimlər bunları yalnız Amazon Aborogenlərində tapıblar. ABŞ’ın bəzi sabun istehsalçıları probiyotik mikroorganizmləri artıq sabunların tərkibinə əlavə etməyə başlayıblar.

Dərinizdəki bakteriya tarazlığını saxlamaq naminə məşqdən sonra duş almağı azaltmaq üçün bəzi məsləhətlər təqdim edirik.

Duş qəbulunu azaltmaq üçün

Qaçış və yüngül kardiodan sonra: məsləhətimiz, sadəcə ağırlıqlarla işlədiyiniz günlərdə duş qəbul edəsiniz. Yüngül qaçış duş qəbulunu labüd etmir.

Evdə məşqdən sonra: Çox kirlənmədiğiniz halda hər səfərində duş qəbul etməyiniz vacib deyil. Sadə, sabun və şampunsuz duş qəbulunu da seçə bilərsiniz. Hər gün məşq etmirsiniz isə gün aşırı duş qəbulu daha uyğundur.

İdman zalından sonra: İdman zalında məşqdən sonra duş qəbulu məcburi görünsə də, bəlkə də həmişə gərəkli olmaya bilər. İnfeksiya riskini azaltmaq üçün trenajorları dəsmalınız ilə silə bilərsiniz. Həmçinin dəsmal sizi trenajorlar ilə birbaşa təmasdan qoruya bilər.

Sabun haqqında bir iki söz

Əslində duş qəbulunun tezliyi yox, antibakteriyal sabunlardan istifadə tezliyi önəmlidir. Bu sabunların tərkibində olan triklosan hormon dəyişikliklərinə səbəb olur ki, bunlara sperma da daxildir. EMBO Reports’da 2014cü ildə nəşr edilən bir araştırmada triklosanın spermadakı kalsiy səviyyəsinin artırdığı və onların hərəkət davranışları və keyfiyyətini aşağı saldığını aşkar edilmişdir.

Antibakteriyal sabunlar etibarlı və təsirli olmurlar. Adi iysiz kastil sabunlar da zərərli orqanizmləri məhv etməyə qadirdilər. Lakin məqsədiniz daha yaxşı bakteriyal tarazlıqdırsa, probiyotik sabunlardan istifadə edə bilərsiniz.

Leave a Reply