Ronaldinyonun Bakıya gəliş səbəbi açıqlandı – RƏSMİ

20/10/2016
885 Baxış

ronaldinyo bakıda

“Qəbələ” İdman Klubu növbəti layihəsini məhz Ronaldinyo ilə birlikdə həyata keçirməyə hazırlaşır. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir: “Milyonlara topu sevdirən braziliyalı ölkəmizdə də bu missiyanın reallaşdırılmasında əvəzsiz rol oynayacaqdır.

Məlum olduğu kimi, futbolçunun doğulub boya-başa çatdığı Qremio şəhərində, həmçinin BƏƏ-nin Dubay şəhərində Ronaldinho Soccer Academy fəaliyyət göstərir. Bu məktəblərdən növbətisi məhz klubumuzun dəstəyilə Bakıda açılacaq.

6 yaşdan yuxarı futbolçular üçün nəzərdə tutulan məktəbdə həm ödənişsiz, həm də ödənişli əsaslarla məşqlər keçiriləcək. Yüksək səviyyəli meydançalarda veriləcək futbol təlimilə yanaşı, müxtəlif sosial fəaliyyətlər də nəzərdə tutulur.

Ölkəmizin regionları və xarici ölkələrə səfərlər, müxtəlif yarışlarda iştirak idman bünövrəsinin qoyulmasında, yay futbol məktəbləri, seminarlar, “Ronaldinyonun dili – portuqalca” dərsləri futbolçuların fərdi inkişafında rol oynayacaq.

Bu birgə fəaliyyətin ölkəmizdə futbolun daha da kütləşviləşdirilməsi və inkişafı yolunda böyük bir təkan olacağına inanırıq.”(sport7.az)