Kişilər istidə necə geyinməlidirlər: 3 dəbli görkəm

yay görkəmi

yay görkəmi

Yadda saxlayın: yay kişi qarderobu yüngül və az rəngli olmalıdır.

Həmçinin bəzi qaydalar:

1. Şortla köynək geyinmək qəbul edilmir. Şortlar ilə t-shirt və polo-shirt’lər geyinilir.

2. Əgər t-shirt’in altından bədəniniz görsənirsə, onlardan dərhal azad olun, atın getsin.

3. Havai printləri çoxdan aktual deyil.

4. Aksessuarlar zərif, eleqant olmalıdırlar, qalın seplər və qolbaqlar zövqsüzlük əlamətidir.

5. Şortla ked geyinməkl daha məsləhətdir.

6. İstidə baş geyimindən istifadə edin. Bağ evində panamalar keçsə də, şəhərdə kepka tipli baş geyimindən istifadə daha uyğundur.

Dənizə
Açıq ayaqqabı və rahat t-shirt – ən ideal seçim.

yay görkəmi_1

Dostlarla kababa
Praktik rənglərdə və hərəkəti məhdutlaşdırmayan geyim olmalıdır.

yay görkəmi_2

Şəhərə
Bağlı ayaqqabı, qalın parçadan şort və polo-shirt – əla seçimdir.

yay görkəmi_3

İsti aylarda pəncəkdə necə tərləməyək

yayda pəncək

yayda pəncək

Kürəyiniz ilə tər damcılarının axmasını istəmirsiniz isə aşağıdakı məsləhətlərimizə qulaq asa bilərsiniz.

Pəncəyi çıxartmaq olmaz, amma çox istidi. Aşağıdakı 6 məsləhət sizin üçündür.

Atletkaları unudun

Etika normalarını pozaraq, altdan atletkanı (maykanı) geyinməməyə cəhd edin. Əgər yox bu mümkün deyilsə, xüsusi nəmi özünə çəkən atletkalar əldə edin.

“Xüsusi” pəncək

Yay üçün astarsız pəncəklər alın. Xırda detal kimi görünsə də, isti aylarda müsbət tərəfi üzə çıxır.

“Yun” materiala nə deyirsiniz?

Zarafatsız: yun pəncəkləri hətta yayda da geyinmək olar. Birincisi, onlar əzilmir, ikincisi, tərləməni azaldırlar. Əlbəttə burada söhbət qalın deyil, yüngül yun pəncəklərdən gedir.

Qalstuk ən sonda

İşə çatana kimi bir dəfədən çox tərləyib soyuya biləcəksiniz. Məsləhət: qalstuku artıq işə çatanda taxın. Belə yolda bir iki düymə açaraq, sərinləməyə və nəfəs almağa imkan tapa bilərsiniz.

Tumana yox

Alt paltarı seçərkən tuman tipli (ailə tumanları) olanlardan istifadə etməyin. Beləki, onlar son sapadək nəmlənəcəklər.

Dezodorant

Yayın istisində ağ köynəyinizdə sarı ləkələrin olmasını istəmirsiniz isə, dezodorant seçdiyiniz zaman, tərkibində alüminiumun olmamasına diqqət yetirin.

Oruc tutanlar dişlərini yuya bilərlərmi?

orucluqda diş yumaq

orucluqda diş yumaq

Ramazan ayında bəslənmə sisteminin dəyişməsi, 24 saat içində istehlak pay miqdarının və sayının azalması, xüsusilə yaz aylarına bərabər gələn Ramazanda iftar və imsak arasında müddətin çox olması kimi faktorlar ağız sağlamlığı üçün böyük risk daşıyır.

Ramazanda dişlər yuyulmad;]; halda iftardan imsaka keçən vaxt arasında ağızda artıma imkanı tapa bilən bakteriyalar, pis qoxuya və diş çürüklərinin artmasına səbəb ola bilir.

Ağızda yaranan diş çürükləri, iltihablar ağız qoxusuna səbəb olur. Köhnələn körpü və protezler, gün keçdikcə qida yığılmasına gətirib çıxararaq pis qoxulara səbəb ola bilər. Əgər belə bir çətinlik varsa və ağız qoxusu bu səbəblərdən qaynaqlanırsa Ramazandan əvvəl diş həkiminə gedərək müalicə olunması lazımdır.

Ağız qoxusunun bir başqa səbəbi olaraq da üst tənəffüs yolları infeksiyası və mədə nasazlıqları da göstərilə bilər. Ağızdan nəfəs alınması ağız və boğazı qurudaraq bakteriyaların törəməsinə əlverişli bir mühit meydana gətirir. Bu vəziyyət tüpürcək ifrazatını da azaldaraq vəziyyəti daha pis hala gətirir.

Oruc tutmadan əvvəl olduğu kimi oruc tutduğunuz zaman da ağız və diş sağlamlığına diqqət göstərilməlidir. Bunun üçün iftar və imsakdan sonra dişlər mütləq diqqətlə yuyulmalıdır. Ramazan ayı boyunca dil səthi və diş əti bölgələrinin də yaxşı təmizlənməsi lazımdır. Ayrıca antiseptik qarqaradan da istifadə edilməsi diş və ağız təmizliyi baxımından əhəmiyyətlidir. Diş ipi istifadəsi və dilin fırçalanması da bakteriyaların meydana gəlməsini maneə törətmə baxımından əhəmiyyətlidir. Siqaret çəkmək ağız quruluğuna səbəb olduğu üçün ağız qoxusuna da səbəb ola bilər. Bu səbəblə iftardan və imsakdan sonra siqaret çəkənlər mütləq ağız boşluğunu təmizləməlidirlər.

İftar və imsak yeməklərindən sonrakı ilk 20-30 dəqiqə içində bakteriyalar dişdə çürüməyə səbəb ola biləcəyi üçün dişlərin yuyulması lazımdır. Oruca dişin yuyulması təsir etmir. Bu din adamları tərəfindən dəfələrlə təkrarlanmış və diş yuyulmasının orucu pozan bir təsirinin olmadığı vurğulanmışdır.(woman.joy.az)

Saqqalınıza necə qulluq etməlisiniz

saqqal

saqqal

Müasir günümüzdə saqqal dəbi olduqca yayılıb. Ümumiyyətlə saqqal dəbi, geyim dəbi kimi hər zaman gedib gəlib. Bəs saqqal saxlamaq necə, asandırmı? Ona qulluq edə bilirsinizmi?

İDOL.AZ olaraq saqqala qulluq barədə bir neçə məsləhətlə bölüşmək istəyirik.

Təmizləyin

Saqqalınız ölü heyvanın tükü kimi görkəmə malik olmasın deyə, onu mütamadi yumaq lazımdır. Bunu adi saç şampunuz ilə də edə bilərsiniz. Sabundan istifadə etməyin, əks halda üzünüz səpə bilər.

Nəmləndirin

Bundan əlavə saqqalın altında olan dərinin təmiz olması üçün onu daim nəmləndirmək lazımdır. Quru dəri qaşıntı yaradacaq, üstəlik qabıqlanacaq ki, bu da xoş görkəm vermir. Necə? Sadə nəmləndirici kremlər ilə.

Alətləriniz olsun

Düzdü burada qayçı və daraq yetərli ola bilər. Lakin bəzən üz qırxan apparatın olması artıq olmazdır. Pinset isə qıraqlardan çıxmış tüklərdən azad olmağa kömək edəcək.

Sağlam pəhriz

Ümumiyyətlə gözə gəlimli bir saqqala malik olmaq istəyirsiniz isə, qidanıza fikir verməlisiniz. Alkoqoldan uzaq durmalı, vitamin kompleksləri qəbul etməli, omeqa-3 turşular ilə zəngin qidalardan istifadə etməlisiniz.

Kişi intim gigiyenası: 3 məsləhət

kişi gigiyenasi

Cinsi orqanlara düzgün qulluq xoşagəlməz iylərdən və ən əsası xəstəliklərdən qoruyacaq.

Əksər kişilər intim gellərin yalnız qadınlar üçün olduğunu və təmiz iy yalnız qadınlardan gəlməli olduğunu düşünürlər. Kişilər üçün olan intim vasitələr nəticədə market rəflərində tozlanırlar. Bu əlbəttə ki, yalnış fikirdir. İDOL.AZ olaraq hər kəsi təmizliyə dəvət edirik və bir neçə məsləhət hazırlamışıq.

Yuyunmaq

Bu hər bir kişinin şübhəsiz gündəlik məcburi prosedurudur. Bakteriyaların yaranmaması, çoxalmaması üçün sidik ifrazatından belə sonra mütləq yuyunmalısınız. Əks təqdirdə sidik qalıqları alt paltarınıza düşərək, orada bakteriyaların yaranmasına səbəb olacaqdır.

İntim gigiyena vasitələri

Adətən adi inti gigiyena vasitələr qızartı, qaşıntılara səbəb olur. Özünüzü yormayın xüsusi gel və ya sabundan alın və istifadə edin.

Alt paltarı

Bakteriyalar üçün əlverişli şərait yaratmamaq üçün dar və sintetik materialdan olan alt paltarlardan istifadə etməyin. İdeal olaraq, təbii pambıqdan ailə və bokser alt paltarlarıdır.

Alt paltarınız haqqınızda nə deyir

alt paltar

alt paltar

Qadınlar elmin dərinliyinə gedərək, hətta kişiləri geyindikləri alt paltarla belə ayırd edirlər.

Beləki, qadınlara görə:

Ailə tumanları

Geniş, nəfəs alan, rahat tumanlar. Bu tumanları hər şeyin qiymətini bilən, daim götür qoy edən kişilər geynir. Bu kişilər hər şeyi nəzarət altında saxlamağı sevirlər.

alt paltar_1

Bokserlər

Dar şortlardır. Bu tumanlar sizi daha romantik edir və qadının bütün istəklərini yerinə yetirmək qabiliyyətini göstərir.

Bizcə sadəcə çox istifadə edilən bir alt paltar növüdür…

alt paltar_2

Klassik V-vari alt paltarı

Bunlardan istifadə edənlər:

* səhər saat 4 oyanır;
* məşqləri buraxmır;
* daim xoş ətir iyi gəlir;
* bu tumanları geyinən kişilər tez-tez güzgüdən istifadə edir.


alt paltar_3

Print ilə alt paltarı

Belə kişilər daim gəncdirlər, həyatdan zövq alırlar, seksi sevirlər.

Alt paltarsız

Bu kişilər dəbə uyğunlaşırlar, ya da tumanları yoxdur…

Dama-dama köynək dəbi: hər bir kişidə olmalıdır

dama dama köynək

dama dama köynək

Kişi dama-dama koynəkləri artıq qarderobun baza geyimlərindən birinə çevrilib. Həm gündəlik, klub və ofis geyimi kimi istifadə edilir.

Dama’ın müxtəlifliyi

Kişi dama-dama köynəkləri rəng və dama baxımından zəngindirlər. Rəngli, saya, ciddi və parlaq, onlar heç bir zaman dəbdən düşmür. Mövsümdən mövsümə dizaynerlər məşhur dama-dama köynəkləri kolleksiyalarına daxil etməkdə davam edirlər.

dama dama köynək növləri

Madras – sadə pambıq bir parçadan, assimetrik damalarla yay köynəklərinin tikilməsində istifadə olunur. Yaşıl, sarı, çəhrayi, qırmızı və digər rəng çalarlarında ola bilər. Britaniyaya bu dama Hindistandan gəlib. Həmçinin solğun dama olan bleeding Madras növü də mövcuddur.

Gingham – iki rəngli damadan ibarətdir. Ağ-göy, göy-ağ və ağ ilə digər rənglər. Bu damanın ikinci adı Vichy’dir. Gigham aşağıdakı növlərə ayrılır:

• mikrodama – klassik köynəklərin tikilişində istifadə olunur;
• standart – rəngindən asılı olaraq klassik və casual köynəklərin tikilişində istifadə olunur;
• iri – casual köynəklərin tikilişində istifadə olunur.

Tartan və ya şotland daması – iri damadan ibarətdir və adətən uzunqol köynəklərin tikilişində istifadə olunur. Əsasən tünd rənglərdə olur və bir çox hallarda qırmızı rəngi özündə daşıyır. Mini-tartan növü mövcuddur.

Black watch – bu da tartanın bir növüdür. Burada damaları, qara, yaşıl, göy müxtəlif ölçülü xətlər kəsir.

Burberry – Burberry brendinin rəsmi damasıdır, tartan növünə aiddir.

Tattersall – ağ, krem və ya açıq boz fonda damalardan ibarətdir. İngilis klassikasıdır, qeyri-rəsmi görkəmdə çox istifadə olunur.

Glen, Glen check – burada damalar çoxlu sayda xətlərin kəsişməsindən yaranır. Kişi köynəklərində belə dama adətən çəhrayi-ağ, göy-ağ, göy-mavi tonlarda istifadə olunur. Glen damasının bir növü də Prince of Wales Check (Uels şahzadəsinin daması) damasıdır.

Lumberjack plaid, Buffalo check – iri qara-qırmızı damadır. Həmçinin qara-sarı və ya göy-yaşıl tonlarda da rast gəlinir. Adətən bu damanı qış köynəklərin tikilişində istifadə edirlər.

Windowpane plaid – sadə və iri damadır. Nazik birrəng xətlərin kəsişməsidən yaranır.

Dama-dama köynəkləri nə ilə geyinmək lazımdır?

Ofis üçün

Klassik kostyumlar üçün stilistlər sakit ikirəngli minidama köynəklər seçməyi məsləhət bilirlər – Tattersall, Prince of Wales Check, mikrodama Glen. Bu köynəkləri həmçinin klassik şalvar, kardiqan ilə də geyinə bilərsiniz. Qalstuk seçimində isə aşağıdakı şəkil sizə kömək olmalıdır.

dama dama köynək qalstuk ilə

Casual və smart casual

Gündəlik dəb qarderobunu dama-dama köynəksiz təssəvvür etmək mümkün deyil. Casual görkəmi xırda, orta və iri dama köynəklərin mövcudluğunu tələb edir – Windowpane plaid, Burberry, Blackwatch Tartan, Gingham. Saya şalvarlar, rahat idman pencəkləri, cins, trikotaj kardeqan və poluverlər, şərf sizin dəbli görkəminizi tamamlayacaq.

Roker görkəmi

Dama-dama köynəyi roker görkəmində dekorativ element kimi də istifadə etmək olar. Qara cinsin üzərindən belinizdən bağlıya bilərsiz. Görkəmi dəri gödəkçə tamamlaya bilər. İkinci variant kimi uzun t-shirt üzərindən köynəyi geyinə bilərsiniz. Roker görkəmi üçün Black watch, Buffalo check, Tartan damaları uyğundur.

Klub görkəmi

Tartan, Burberry daması və dəbli cins və ya sport kostyum.

Militari görkəmi

Bu görkəmin tərəftardarları Black watch və ya Lumberjack plaid zeytun rəngi tonlarında damalardan istifadə etməlidirlər. Ağ və ya boz t-shirt, gödəkçə, cins, karqo, xaki tonlarda ketlər.

Bütün bu görkəmlərə baxmayaraq, dama-dama köynəklərin funksionallığı sərhədsiz olduğu üçün, sadəcə bir cins və ketlə də sizin görkəminizi “cool” edə bilər.

Az səliqəsizlik və komfort: dəbli kişilər üçün 8 hökm

erkək dəbi

erkək dəbi

Belə alınıb ki, dünyada təbi gözəlliyə malik kişilərin sayı olduqca azdır. Bunun ilə necə baş etmək olar?

xvı əsrdə yaşamış ingilis filosof Tomas Mor’un dediyi kimi: “Uğur qazanmaq istəyirsiniz isə, artıq onu əldə etmiş kimi görsənin”. Bunu necə edək sualı sizdə yarandısa, İDOL.AZ sizə kömək etməyə çalışacaq.

Bahalı alın

Əgər gələn mövsüm artıq tullayacaqsız isə onu almağa dəyməz. Az sayda və keyfiyyətli (bahalı) geyimlər əldə edin.

Komfort və özünəinam

Bahalı kostüm və ya cırıq cins, nə alırsanız alın sizin komfort hissiniz ilk növbədə təmin olunmalıdır.

Ətir

Buna barmaq arası baxmaq olmaz. Qadınlar məhz kişidən gələn iyə həssasdırlar. Məsləhətimiz: hər gün duş qəbul edin, alt paltarınızı dəyişin. Yaxşı ətir isə heç bir zaman mane olmaz.

Uyğun geyinin

Gecə gəzintisi üçün iş geyimi geyinmək lazım deyil. Ümumiyyətlə Azərbaycan kişisi qara klassik çəkmələr ilə bəzən çimərliyə belə gedir. Bunu etməyin!

Geyimlərinizə qulluq edin

Yalnız ayaqqabıları deyil, geyimlərinizi də təmiz saxlamağı unutmayın.

Dəb və komfort

Yeni dəb piki? Komfortunuzu dəbə qurban verməyin.

Doğru ölçü

Bir ölçü böyük geyimlər almaq adəti uşaqlar üçün olmalıdır. Yetkin insanlar öz ölçülərinə uyğun geyimlər almalıdırlar.

Az səliqəsizlik

Siz səliqəli görsənməlisiniz. Lakin bunun da bir həddi var. Metroseksuallar qadınlarda vahimə hissi yaradır. Kişilər az da olsa səliqəsiz olmalıdırlar, qadınlar bunu sevir.

8 Mart hədiyyəsi – qadın alt paltarı

qadın alt paltarı

qadın alt paltarı

Aparılan araşdırmaya görə qadınların tələbatına görə onlara alınmalı ən gözəl hədiyyə alt paltarları hesab edilir.

Öz qadınlarına alt paltarı hədiyyə edən kişilər özlərinə hədiyyə etmiş kimi sayılırlar. Etdiyiniz hədiyyəni həm xanımınız, həm də sizin bəyənməyiniz üçün 5 sadə qaydaya riayət etmək lazımdır.

* Kişilər qadınlar üçün olan dükana getməmişdən əvvəl qadının sahib olduğu ölçünü bilməlidir. Bunu qadından soruşmaq istəmirsinizsə, onun sahib olduğu alt geyimlərinin ölçülərinə baxa bilərsiniz. Adətən tumanlar XS-XXL ölçüləri kimi, sinə üçün isə 70,75 və sair kimi ölçülər olur. Həmçinin sinə üçün olan alt paltarının sadə və ya dəstəkli olduğuna diqqət yetirməlisiniz.

* Yuxarıda qeyd etdiyimiz kimi, alt paltarının hədiyyəsi özünüzə hədiyyə kimi sayılır. Ancaq öz seksual baxışlarınızla seçim etməyin. Onun da fikirlərinə və əvvəllər etdiyi seçimlərə də diqqət yetirin.

* Bütün bunlara diqqət yetirmək üçün mağazada olan məsləhətçilərin köməyindən yararlanın. Bundan utanmayın. Seçiminiz barədə və ya xanımınızın seçimi barədə onlara ətraflı məlumat verin. Düzgün seçim etməkdə onlar sizə köməklik edəcəklər.

* Yaxşı alt paltarı ucuz ola bilməz. Bu yazılmamış qanunlardan biridir. Ona görə də hədiyyə seçimində ucuzlu və keyfiyyətsiz məhsullara qaçmayın. Çünki onlar ən yaxşısına layiqdirlər.

* Əgər bütün bunları etməyə çətinlik çəkirsinizsə, o zaman xanımınıza həmin dükanlardan hədiyyə kartı əldə edin. Həmin hədiyyə kartından xanımınız düzgün istifadə etməyi bacaracaq.(adem.az)

Kişilərdə üz dərisinin qabıqlanması

qabıqlanan dəri

qabıqlanan dəri

Kişilərin dərisi daha qalın olsa da, ətraf mühitin, sabun və komsetik vasitələrin təsirinə məruz qalır. Qabıqlanan üz dərisi diskomfort yaradır, görkəmi pozur.

Həmçinin üz dərisinin qabıqlanması bir neçə xəstəliklərdən də xəbər verə bilər. Beləliklə, üz dərisinin qabıqlanma səbəbləri:

Səbəblər həm xarici, həm də daxili ola bilərlər. Əgər üzünüzün qabıqlanması bir müddət sonra yox olub yaranırsa, kosmetik vasitələrin dəyişilməsindən yaranırsa, bununla ev şəraitində də mübarizə aparmaq olar. Belə hallar adətən xarici səbəblərdən baş verir.

Xarici səbəblər

1. Tez-tez üz qırxmaq. Suyun tərkibindəki qarışımlar dəriyə təsir edərək, onu dartır, quru və həssas edir. Ülgücün təsiri ilə birgə üz dəriniz zədələnir, spirt tərkibli losyonlar isə üz dərinizi daha da qurudur.

2. Üzün sabunla yuyulması. Sabunun tərkibindəki qələvi dərinin üst yağ qatını yuyur ki, bu qat dərini bakteriyalardan qoruyur və onu daim nəm saxlayır.

3. Keyfiyyətsiz kosmetika. Ucuz və keyfiyyətsiz kosmetik vasitələr üz dərisinə mənfi təsir göstərir. Onlar qaşınma və allergiyaya səbəb olur.

4. Ətraf mühitinin təsiri:

* Külək, toz. Hər gün üz dəriniz şəhərin çirkli havasının təsiri altındadır.

* Günəş şuaları və temperatur dəyişkənliyi. Bir çoxları şaxta və günəşli havalarda üz dərilərində diskomfort hiss edə bilərlər.

* Kondisioner havası. Kondisioner otaqdakı nəmişliyi yığaraq, quru hava yaradır ki, dəridə su çatışmamazlığına səbəb olur.

Daxili səbəblər

Əgər qabıqlanma uzun müddət keçmirsə, qaşıntı və qızartı yaranırsa, həkimə müraciət etmək lazımdır. Vaxtında aparılmış müalicə tez bir zamanda nəticə verəcək. Daxili səbəbləri nəzərdən keçirək:

1. Daxili orqan, əsəb və endokrin sistemlərinin sıradan çıxması, dəri xəstəlikləri.

* Qaraciyərin sıradan çıxması, xüsusən də spirtli içkilərdən çox istifadə edildiyi zaman. Üz və boyu dərisində qızartılar əmələ gəlir.

* Endokrin sisteminin xəstəliyi, yüksək şəkər və piylənmə dəridə özünü göstərir. Müxtəlif sızanaqlar, qaşınan ləkələr yaranır.

* Mədə problemləri, zəif qidalanma, avitaminoz. A və B vitaminləri və mikroelementlərinin çatışmamazlığı nəticəsində alın və burun hissəsində dəri qabıqlanır, ağız ətrafı çatlar əmələ gəlir. Yüksək karbohidrat səpkiyə səbəb olur. Çox duzlu, acılı və şirin qidalar da dəridə problemlərin yaranmasına səbəb ola bilirlər.

* Stres, xroniki yorğunluq, yuxusuzluq sinir sisteminə təsir edir və bu da üz dərisinin elastikliyinə təsir edir.

* Virus, göbələk və gənələr dəri xəstəliklərinə səbəbdir.

* Kişilərin üzündə qabıqlanma bu xəstəliklər zamanı yaranır: neyrodermit, psoriaz, ekzema, seboriya.

2. Müxtəlif qida məhsullarına və həmçinin kosmetik vasitələrə qarşı olan allergik reaksiyalar üz dərisində özlərini göstərə bilir. Bu zaman dəri qabıqlana və qaşınma yarana bilər.

3. İrsi xəstəliklər. Quru dəri irsi keçicidir. Bu zaman nəinki üzünüz, bütün dəriniz quru olacaq. İrsi xəstəliklərə ixtioz aiddir ki, bu xəstəlik balıq dərisi effektini yaradır.

Qabıqlanma və qaşınmaya qarşı nə edilməlidir?

* Əgər dəri problemləri daxili orqanlar ilə bağlıdırsa, göbələk varsa, hormonal pozuntudursa, həkim dərman müalicəsi təyin edir. Bu zaman məsləhət görülən pəhrizə sadiq qalmaq və sağlam həyat tərzi aparmaq mütləqdir.

* Allergiya zamanı antiqistamin preparatlar və hipoallergiya pəhriz xəstəyə təyin olunur. Bu zaman spritli losyonlardan imtina etmək, aromatlaşdırılmış kosmetik vasitələrdən istifadə etməmək lazımdır.

* Həmçinin kosmetik salonlardakı prosedurlar da sizə kömək edə bilər. Bu prosedurlar dərini nəmləndirir, qidalandırır və təmizləyir.

Profilaktik tədbirlər

1. Dərinizin sağlam görkəmi üçün sağlam həyat tərzi aparmaq lazımdır. Bunun üçün düzgün qidalanmaq və yetərincə yuxu mütləqdir. Yazda immuniteti qaldıran vitaminlər qəbul edilməli, spirtli içkilər minimuma və ən yaxşısı sıfır səviyyəsinə enməlidir.

2. Təkrar qabıqlanmadan qaçmaq üçün üzünüzü sabunla yumamalısınız. Üz yumaq üçün nəmləndirici gellər mövcuddur.

3. Üzünüzü nəmləndirmək üçün çayda isladılmış pambıq diskləri ilə onu silin. Gecə yatarkən badam yağı sürtə bilərsiniz. Bu vasitələr dərini nəmləndirir, üstəlik yaşlanma ilə mübarizə aparır.

4. Yaş çoxaldıqca dəri daha da quru və zəif olur. Yetkin kişilər keyfiyyətli baxıma üstünlük verməlidirlər.

5. Qışda şaxtadan qorunmaq üçün xüsusi kremlərdən istifadə etmək lazımdır. Bu kremləri üzünüzə çölə çıxmamışdan 30 dəqiqə əvvəl sürtməlisiniz.

6. Kifayət qədər maye qəbul etmək vacibdir. Yayda isə günəş şualarından qorunmaq üçün xüsusi kremlərdən istifadə edilməlidir.

7. Düzgün üz qırxmaq:

* dərini hazırlamaq – ən yaxşısı duş qəbulundan sonra.
* üzdə köpüyü iki dəqiqə saxlamaq və sonra qırxmaq.
* ülgücün iti olması.
* tükü uzanma istiqamətində qırxmaq.
* köpük qalıqlarını ilıq su ilə yumaq. Üzü qurudarkən dəsmalı üzə sürtməmək.

8. Spirt tərkibli losyonların əvəzinə sakitləşdirici gellərdən istifadə etmək.

9. Yalnız tanınmış firmaların kosmetikasından istifadə etmək.