İşgüzar kişinin qarderobu

işgüzar adam qarderobu

işgüzar adam qarderobu

İnsanı xarici görünüşünə görə qarşılayırlar, bunu unutmamaq lazımdır. İş həyatının insanları dəbə deyil, prestij və respektabelliyə üstünlük verirlər.

Biznesmenə yaxşı görünməsi üçün kiçik qarderob belə kafidir. Beləki, qarderobda bir neçə kostyum, pencək, şalvar və 10 ədəddən az olmayaraq köynəyin olması kifayətdir.

İş vaxtı istifadə olunan kostyumlar adətən daha tünd rənglərdə olurlar. İstənilməsə belə, daha konservativ olmaq məcburiyyəti var.

Tünd göy və ya tünd boz xətli kostyumlar ən optimal hesab olunurlar. Beləki, belə görkəmdə axşam çağırıla biləcəyiniz iş yeməyində belə görkəmli olacaqsınız. Əks halda evə dəyib əyninizi dəyişməyə vaxtınız olmaya bilər.

Qış aylarında kostyumun rəngi yay aylarına nisbətən daha tünd olmalıdır. İş qarderobunuzu formalaşdırdığınız zaman artıq şeylər əldə etməyin. Öz istəklərinizi imkanlarınıza, imkanlarınızı isə ehtiyaclarınıza bağlayın . Minimum geyim, maksimum variant prinsipinə sadiq qalın. Stilistlər iş adamlarına məsləhət bilirlər ki, iki baza kostyumu əldə etsinlər, biri naxışlı, digəri isə daha ciddi qara, tünd göy və ya tünd boz rənglərdə.

Parçaya mütləq diqqət yetirmək lazımdır. Çoxlu yuyulmasına baxmayaraq, kostyumunuz daim təzə görsənməli, fiziki dəyişiklikləri olmamalıdır.

Əgər seçdiyiniz kostyumları düzgün ala bilsəniz onları da kombinə edib geyinə bilərsiniz. Köynəyiniz isə daim üzərinizdə olan ən açıq rəngli olmalıdır. Naxışlı köynəklər qalstuksuz taxılmalıdır. Manjetlər az da olsa (2 sm) görsənməli, bu səbəbdən qısaqol köynəklərdən istifadə edilməməlidir.

Qalstuk bağladığınız zaman onun düzgün və səliqəli olmasına diqqət yetirin, əks halda bütün görkəminizi poza bilər. Qalstukun düyünü nə böyük, nə də balaca olmalıdır. Optimal qalınlıq yuxarıda 3 barmaq, aşağıda isə 1 barmaqdır.

Ümumiyyətlə qalstuk seçimi kostyumun rəngi və parçasında asılıdır. Beləki, ciddi iş kostyumuna təbii və süni parçadan olan qalstuklar uyğundur. Adətən bunlar çox parlaq və naxışlı olmayan qalstuklardır. Bununla yanaşı kostyumun rənginə uyğunluğu mütləqdir. Qalstuk kostyum ilə eyni rəngdə ola bilər, lakin yaxşı olar ki, ondan daha tünd və ya daha açıq rəngdə olsun. Qalstuk-kəpənək isə rəsmi dəvətlərdə istifadə olunmalıdır.

Corablar adətən qara və boz olur. Çalışın corablarınız uzun olsun ki, ətiniz görsənməsin. Ayaqqabıya gəldikdə isə, qara ayaqqabı bütün kostyumlar ilə gedir, bej-qəhvəyi kostyumlar ilə qəhvəyi ayaqqabıdan istifadə edə bilərsiniz.

Sizlərə bir neçə görkəm misallarını gətiririk:

Boz kostyum — ağ, tünd mavi, çəhrayi, fil dişi rənglərində köynək; istənilən rəng qalstuk; qara ayaqqabı; qalstuk rənginə uyğun corab.

Tünd boz kostyum — ağ, açıq çəhrayi, fil dişi rənglərində köynək; qırmızı-qara qalstuk; qara ayaqqabı; qara corab.

Tünd mavi kostyum — ağ, fil dişi rənglərində köynək; qalstuk boz-qırmızı-bordo; ayaqqabı qara və ya tünd qəhvəyi; corablar tünd boz, bordo, kül rəngi.

Tünd göy, Tünd yaşıl kostyum – ağ köynək; qırmızı-mavi qalstuk; qara ayaqqabı; qara corab, fil dişi köynək; qalstuk qırmızı-yaşıl-qəhvəyi; tünd-qəhvəyi ayaqqabı; açıq qəhvəyi corab.

Qum rəngində kostyum – açıq mavi köynək; tünd mavi qalstuk; açıq qəhvəyi ayaqqabı; açıq mavi corab.

Açıq qəhvəyi kostyum – ağ, çəhrayi, tütün rəngli köynək; yaşıl, bordo və qırmızı-qara qalstuk; kofe və qırmızı-qəhvəyi ayaqqabı; açıq qəhvəyi və bordo corab.

Tünd qəhvəyi kostyum – ağ, bej, açıq çəhrayi köynək; yaşıl-qəhvəyi, qırmızı qəhvəyi qalstuk; qəhvəyi ayaqqabı; bordo və kofe rəngli corab.

Qara kostyum — ağ köynək; boz-gümüşü, qırmızı-qara qalstuk; qara ayaqqabı; qara, kül, tünd bənövşəyi corab.

Dar kişi şalvarları: hansıları seçmək və nə ilə geyinmək?

dar kişi şalvarları

dar kişi şalvarları

Dəbdən başı çıxan kişilərin sayı hər gün artır. Kişi görkəmi hər gün müxtəlifləşir. Son illər kişilərin üstündə dar şalvarlara və cis skinnilərə rast gəlmək mümkündür. Bu nə geyimdi, nədən tikirlər və kimlərə yaraşır, araşdırmağa çalışaq.

Dar şalvar yoxsa skinni?

İlk dəfə tam dar kəsmə şalvarlar XX əsrin 60-cı illərində The Beatles qrupu tərəfindən dəbə salınmışdır. Bu qrupun əfsanəvi iştirakçiları uzunluğu boyu dar kəsmə şalvarlara üstünlük verirdilər. Üstəlik bunlar qısa model idilər, topuğu və botu açıq saxlayırdılar.

İkinci dəfə dar şalvarlara olan dəb 2000-ci illərin əvvəlinə rast gəlir. İlkin olaraq bu şalvarlar yeniyetmələr arasında populyar olsa da, son illər dar modellər yetkin kişi dəbində də öz yerini möhkəmləndiriblər. Hətta klassik kişi kostyumlarında da bu model şalvarlardan istifadə etməyə başlayıblar.

“Skinni” (skinny) ingilis dilindən “dar” kimi tərcümə olunur. Skinny – yalnız ətəyi deyil, tam dar kəsilmiş şalvar modellərinə deyilir.

Dar kişi şalvarları kimlərə yaraşır

Bu suala cavab kimi dərhal hündür, formada olan kişilər ağla gəlir. Lakin çəki və boyda bəxti gətirməyənlər də düzgün kombinasiya ilə dar şalvarlardan istifadə edə bilərlrə. Sizlərə bəzi məsləhətləri təqdim edirik:

1. Dəstəboy kişilərə qısa şalvarlar məsləhət görülmür. İndi 7/8 uzunluq dəbdə olsa da, bu yalnız hündür kişilərə yaraşır, belə şalvar vizual olaraq ayaqları qısaldır. Məsləhətdir ki, sizlər adi uzunluqda dar şalvarlar əldə edəsiniz və ayaqqabını eyni tonda seçəsiniz. Beləliklə, siz vizual olaraq ayaqralınızı uzatmış da olacaqsınız.

2. Kök kişilər də özlərinə uyğun dar şalvar tapa bilərlər. Burada iki qaydaya əməl etmək vacibdir. Birincisi, mütləq öz bədən ölçünüzə uyğun şalvar əldə edin. Bir-iki ölçü kiçik geyimlər həmişə əks effekt verir. Şalvar məsələsində isə qarnınız şalvarın üstünə sallanacaq və köklüyünüz daha gözəçarpan olacaq.

İkincisi, bədən quruluşunun çatışmamazlıqlarını aradan qaldırmaq üçün rənglər ilə oynamaq olar. Yaxşı olar ki, skinni və köynəyiniz eyni rəng tonunda olsun. Belə siz daha arıq və hündür görkəmə malik olacaqsınız. Çox darıxıdırıcı olmasın deyə aksessuarlardan istifadə edə bilərsiniz: qalstuk, şərf, jilet və sair.

3. Əgər kişi hündür və arıqdırsa, bilin ki, 7/8 uzunluğa malik skinnilər məhz onun üçün yaranıb. Bu model şalvarlar sizi daha dəstəboy və kök göstərəcəklər. Həmçinin bu tip bədən quruluşuna malik kişilər ətəyi majet olan şalvarlardan da rahatlıqla istifadə edə bilərlər.

Skinni hansı parçalardan tikilir

Əsasən dar şalvarlar qalın parçalardan tikilir: denim, sarja, stretç, qalın pambıq. Yay modelləri isə əsasən kətan və nazik pambıq parçalardan hazırlanırlar.

Klassik skinnilərin qalın parçadan olması vacibdir. Bu şalvarları az əzik formada da geyinmək olar.

Dəbli rənglər, modellər və nə ilə geyinmək

Əgər söhbət isti aylardan gedirsə burada klassik və açıq rənglərdə skinnilərə üstünlük verilməlidir. Ən dəbli variant isə ətəyi qatlanmış dar ağ cinsdir ki, bunu həm casual həm də klassik görkəmdə istifadə edə bilərsiniz. Dəbli mokasinlər və görünməyən corabları unutmayın.

Üstünə boş və polo t-shirtlər geyinə bilərsiniz. Mühit daha ciddi olmağı tələb edirsə, bir iki ağ köynək əldə etməkdə fayda var. Həmçinin açıq çəhrayı, pudra rəngli köynəklər seçə bilərsiniz. Mokasini dəbli ked və krossovkalar əvəz edə bilər.

Payız ayları üçün tünd göy rəngində klassik skinnilərdən istifadə edə bilərsiniz. Həmçinin bu il “hərbi” print də dəbdədir. Onları hündür və kobud dəri botlarla kombinə etmək məsləhət görülür.

Skinni şalvarları ilə klassik dəstlər

Əgər siz müasir klassik görkəmi bəyənirsiniz isə, 1-2 dar şalvarlı kostyum əldə etməyiniz məsləhətdir. Lakin burda bəzi məqamlarda diqqətli olmaq lazımdır. Misal üçün, müasir interpretasiyada klassik kişi kostyumların eyni rəng tonlarında olması vacib deyil. Həmçinin pəncək bir iki ton açıq və bəzi printlərlə də ola bilər. Kostyumun görkəmi nə qədər azad olsa, skinni şalvar bir o qədər uğurlu seçim olacaqdır.

Bilin ki, ciddi klassik kostyumların şalvarları qısa olmamalıdır! Belə kostyumlar rəsmi olmalı və kübarlığınızı ortaya çıxartmalıdır. Rəsmi görkəmdə dress-koda riaət olunması tələb olunur. Burada orijinallıq nümayiş etdirmək yersiz olar.

Kişi görkəminin 20 qaydası

kişi dəbinin qaydaları

kişi dəbinin qaydaları

Dəbli, əmin görünmək və qadınlar arasında uğur qazanmaq? İDOL.AZ olaraq kişi görkəminin 20 qaydasını sizə təqdim edirik.

1. Geyimləri doğru ölçüdə seçin. Bir çox insanlar səhfən geyimləri bir ölçü kiçik və ya böyük geyinirlər. Öz ölçülərinizi dəqiq bilin və satıcılara imkan verməyin sizlərə səhv ölçüdə geyimləri “soxuşdursunlar”.

2. Kəmər, ayaqqabı və çantanın rənglərini müqayisə edin. Bu rənglər eyni və ya yaxın olmalıdırlar. Qara, qəhvəyi və boz rənglər klassika olaraq qalır.

3. Qarnın olması daha enli bel şalvarın seçiminə məcbur edir.

4. Yaxşı olar ki, köynək kostyumun rəngindən açıq olsun. Bu sizi daha sport və səliqəli göstərəcək.

5. Eyni zaman kəmər və çiyinbağından (подтяжки) istifadə etmək olmaz.

6. Kök kişilər daha enli qalstuklara üstünlük verməlidirlər.

7. Geyimdə neytral rənglər sizi uzun müddət dəbli göstərəcək.

8. Cins şalvar üzərinə geyinilən cins köynək və ya gödəkçədən 2 ton daha tünd olmalıdır.

9. Unutmayın ki, cins geyimləri tez-tez yumaq olmaz. Rəng itkisinin qarşısını almaq üçün yaxalamaq kifayətdir. Cins geyimləri tərs üzünə yuyun.

10. Gödəkçinin qolları, köynəyin manjetinin görsənəcəyi qədər qısa olmalıdır.

11. İdeal corab rəngi şalvar rəngində olmasıdır. Lakin rəngli corablar dəbdə olduqlarından buna riayət edilmir. Sadəcə uyğun rəng ayaqları vizual olaraq uzadır.

12. Corabları uzun seçin. Bəlkə kiminsə sizin tüklü ayaqlarınız qıcıqlandırır.

13. Ağ corabları yalnız idmanda ağ idman ayaqqabısı ilə istifadə edə bilərsiniz.

14. Şəp-şəpilər yalnız çimərlik və hovuz üçün yaxşıdırlar.

15. Görkəminizə uyğun olmayan çantalardan istifadə etməyin. Adi idman çantası əvəzinə keyfiyyətli çanta əldə edin.

16. Dəstəboy kişilər enli geyimlərdən uzaq olmalıdırlar, bu onları daha da balaca göstərir.

17. Gün eynəklərini başınızda daşımayın. Onlar enlənərək öz görkəmlərini itirirlər.

18. Ucuz ayaqqabı qənaəet deyil, dəlilikdir. Ayaqqabınızda xəsislik etməyin.

19. Əsas kəmiyyət deyil, keyfiyyətdir. Az olsun güc olsun deyərlər.

20. Geyimə və görkəmə çox vaxt ayırmağa dəyməz. Planetin ən dəbli kişiləri buna az vaxt ayırır və hətta biraz səliqəsiz görsənirlər.