Çinlilər Skyscanneri 1,7 milyard dollara aldı

skyscanner

skyscanner

Çinin ən böyük onlyan turizm şirkəti Ctrip.com bilet axtarış sistemi olan “Skyscanner”i alıb. Bunun üçün onlar 1,7 milyard dollarlarından keçməli olublar.

Guardian yazır ki, “Skyscanner”in yaradıcısı və rəhbəri Qaret Uilliams bildirib ki, onlar Ctrip.com ilə birgə xidmətlərini daha da asanlaşdıracaqlar.

Qeyd olunur ki, layihə ilə məşğul olan qrup dəyişdirilməyəcək.

Skyscanner dünyanın ən böyük onlayn bilet axtarışı sistemi hesab edilir. Sayt 2001-ci ildə yaradılıb və 30 dildə fəaliyyət göstərir. Saytın aylıq girişi 60 milyondan çox ziyarətçi təşkil edir. Baş ofisləri Edinburqda yerləşir.

Ctrip.com 1999-cı ildə yaradılıb. Hal-hazırda şirkətdə 30 min işçi işləyir. Bundan başqa Ctrip.com dünyada bir neçə otel və itirahət güşələrinin sahibidir.