Dörd ildə zibil atılmayan evdən “UNPACKED” adlı foto seriya

zibil_1

2011-ci ildə fotoqraf Antonie Repesse radikal bir qərar verərək evdəki zibilləri atmamaq qərarına gəlir.

Repesse marketdən evə daxil olan plastik su qablarından qazetlərə hər şeyi dörd il ərzində evdə saxlayır. Fotoqrafın bunun nəticəsi olaraq #365 Unpacked foto seriyasını ortaya çıxırarır. Foto seriyanın məqsədi həm də insanların istehlakdakı rolunu göstərmək idi.

Fransanın Lille şəhərində yaşayan sənətkar, dörd ilin axırında evində 70 kub metr (1.600 süd qutusu, 4.800 tualet kağızı, 8000 kq qazet) zibil yığmış oldu. Bunun ardından yığılan zibillər təyinatına uyğun olaraq evin fərqli yerlərinə bölünür. . “Məqsədim işimə estetik gözəllik qazandırmaq idi” deyən fransız fotoqraf bununla da şəkillərin daha təsirli alındığını deyir.

Fotoqraf Antonie Repesse bu foto seriya ilə həm də qlobal istişləşməyə və insanın ekoloji fəlakətdəki roluna da diqqət çəkməyə çalışıb. Fransa kimi bir çox Avropa ölkəsi qlobal istiləşmənin qarşısını almaq üçün plastik istifadəsinə müəyyən məhdudiyyətlər hətta qadağalar qoyur.(pahoo.az)

zibil_1















Zukerberqin evi görənləri təəccübləndirdi (FOTO)

zukerberq_2

zukerberq_2

İstedadlı proqramçı, Facebook sosial şəbəkəsinin təsisçisi, planetin ən varlı insanlardan biri Mark Zükerberqin evinin fotoları hamıya maraqlıdır.

71 milyard dollar sərvəti olan 33 yaşlı Mark Zukerberq sosial şəbəkədə evinin video və fotolarını paylaşıb.

Süni intellektdən danışan milyarder çəkiliş qrupunu evinə dəvət edib.

Mark Zukerberqin evinin dizaynının sadəliyi diqqət çəkib. Milyarderin evinin bu qədər sadə olması görənləri təəccübləndirib.

zukerberq

zukerberq_1

zukerberq_3

Zukerberq 2004-cü ildə Harvard Universitetindən olan yoldaşları Dastin Moskovits, Eduardo Sovarın və Kris Hyuces ilə birlikdə ictimai paylaşma saytı Facebooku quraraq dünyanın ən gənc milyarderi olmasıyla tanınır.(BAKU.WS)

Fatih Terim Türkiyə Millisindən uzaqlaşdı

Fatih Terim

Fatih Terim

Türkiyə Millisinin, baş məşqçi Fatih Terim vəzifəsindən ayrılıb.

Türkiyə Futbol Federasiyasının rəsmiləri ilə bir araya gələn 64 yaşlı mütəxəssis qərarını açıqlayıb. Məlumatı Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən də təsdiqləyib.

Qeyd edək ki, Fatih Terim bundan əvvəl 1993-1996 və 2005-2009-cu illərdə də Türkiyə yığmasını çalışdırıb. O, 2013-cü ildən bəri bu vəzifədədir.

Xatırladaq ki, son günlər Fatih Terimin adı “Qalatasaray”la hallanır.(sport.az)

Azərbaycanlı aktyor Hollywood ilə əməkdaşlığa başlayır

Sain Fərmanli

Fərhad Fərmanli

Sain Fərmanlı Australia Stunt Academy tərəfindən təşkil olunan Hollywood Advanced Stunt Course akademiyanın rəhbəri Colin Handley tərəfindən dəvət alıb.

Dəvət məktubunda, Handley aktyorumuzun fəaliyyətini bəyəndiyini və Hollywood’da kurslar keçməyi və əməkdaşlıq əlaqələrini gücləndirməyə dəvət edib. Hal-hazırda Sain Hollywood’dadır. Onun təklif aldığı şəxslər isə filmlərdə döyüş səhnələrinin xoreoqrafları, kaskadyor və aktyorlarıdır. Bu şəxslər əksər Hollywood ulduzları ilə əməkdaşlıq edirlər.

Sain Fərmanlı artıq bir neçə tanınmış simalar ilə sıx əlaqə qurmağı bacarıb. Bunlara misal olaraq, təlim aldığı, dostlaşdığı və hətta Hollywood’da olduğu müddətdə evində qonaq olduğu Antony De Longisi qeyd etmək olar, həmçinin Dale Gibson, Lane Leavitt, Scott Leva, Tony Snegoff və başqalarını əlavə edə bilərik.

Hal-hazırda aktyorumuz Hollywood’da əməkdaşlıq üçün əlaqələri gücləndirir və müqavilələrin olması gözlənilir.

Aktyorumuz artıq bir neçə dəvətlərə də qatılıb. Oscar səviyyəsində keçirilən Taurus Award gecəsinə qonaq kimi qatılan Fərmanlı dünya şöhrətli stunt cordinator’larla görüşüb və əməkdaşlıq barədə fikir mübadiləsi aparıb. Aktyor ölkəmizin az tanındığını təəssüf ilə bildirib.

Sain Fərmanlı potensialına güvəndiyini qeyd edib, hətta yetərli dəstək olarsa bir döyüş filmində baş rol oynayaraq, Azərbaycan filmini dünyada tanıtmağa qadir olduğunu deyib.

Ramazan 2017 təqvimi

ramazan 2017

ramazan 2017

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan ayının başlanması ilə bağlı Fətva verib.

Fətvada bildirilir ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının bu ilki hesablamalarına əsasən, ölkə ərazimizin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Ayın görünməsi ilə miladi təqvimlə 27 may 2017-ci ilə təsadüf edəcək. Ayın göründüyü andan etibarən Ramazan ayı başlayacaq.

Qeyd edək ki, sahur sübh namazından 20 dəqiqə öncə bitir və iftar məğrib namazının başlaması ilə başlayır. Allah bütün tutulan orucları qəbul etsin.

Ramazan 2017 Təqvim(islam.az)

WhatsApp və Skype’ı hansı qurumlar bloklayır?

skype

skype

Məlum olduğu kimi, bir neçə gündür WhatsApp və Skype ilə beynəlxalq danışıqlara məhdudiyyətlər tətbiq edildiyi ciddi müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Azərbaycan İnternet Formunun prezidenti, ekspert Osman Gündüz bildirib ki, hazırda hər kəs bu problemin səbəbini axtarır.

Ekspert hesab edir ki, bu məsələyə aydınlıq gətirəsi yeganə qurum Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir:

“Hələlik sektorda tənzimləyici qurum bu Nazirlikdir. Təəssüf ki, bu qurum da rəsmi açıqlama verməyib”.

Forum prezidenti qeyd edib ki, apardıqıları araşdırmalar və monitorinqlərin nəticəsi onu deməyə əsas verir ki, məhdudiyyətlər NRYTN–nin göstərişi ilə mobil operatorlar və backbone provayderlər tərəfindən həyata keçirilib:

“Bizdə artıq çox doğru olaraq təcrübə formalaşıb ki, tənzimləyici qurumun rəsmi göstərişi olmadan provayderlər hər hansı bloklama aparmır. Düşünürəm ki, bu addım ölkədə beynəlxalq yarışların keçirilməsi ilə əlaqədar olaraq təhlükəsizlik məqsədləri və güman ki, həm də internet trafikin həddindən artıq yüklənməsinin qarşısını almaq məqsədilə həyata keçirilib. Əlbəttə, bu prosesdə maraqlı tərəflər də var, sirr deyil k, internet üzərindən aparılan danışıqlar mobil operatorların büdcəsinə xeyli ziyan vurur”.

Onun sözlərinə görə, atılan addım bilavasitə vətəndaşların informasiya münasibətlərinin məhdudlaşdırılmasıdır:

“Bu isə qanunvericiliklə həll olunmalıdır. Düşünürəm ki, dezinformasiyaların yayılmaması üçün real vəziyyətlə bağlı NRYTN-nin açıqlama verməsi doğru olardı. Xüsusən də bizdə artıq bloklanma ilə bağlı yenicə qəbul olunan qanunumuz var. Eyni zamanda texnologiyaların, alternativlərin hədsiz çox olduğu indiki zamanda ayrı-ayrı resurslara qarşı bu tip addımların da nə dərəcədə effektiv olacağı da sual altındadır”. (xeberler.az)

18 yaşlı rumıniyalı bakirəliyini 2,5 milyon dollara satıb

alexandra kefren

alexandra kefren

Bu yaxınlarda Cinderella Escorts (fahişə xidmətləri təqdim edən sayt) auksion keçirərək, rumıniyalı Aleksandra Kefrenin bakirəliyini satıb.

Alıcı Honkonqdan tanınmamış bir iş adamı olub. 18 yaşlı rumıniyalının bakirəliyi 2,5 milyon dollar dəyərində qiymətləndirilib.

İdeya Aleksandranın ağlına “Indecent Proposal” filminə baxdıqdan sonra gəlib. Bu filmdə millioner qadına seks üçün 1 milyon dollar təklif edir.

Verdiyi müsahibələrin birində Aleksandra qeyd edib ki, alacağı pula valideynlərinə ev alacaq, təhsilini Oksfordda davam etdirəcək.

Cinderella Escorts da bu sazişdən heç də az qazanmayıb. Beləki, onlar hər 500 min dollardan 20% alıblar.

Dünya pasportları sadəcə dörd rəngdə olur və bunun səbəbi

pasport xəritəsi

Bilirdinizmi, dünyada pasportlar yalnız dörd rəngdə olur. Hər bir ölkənin isə pasport rənginin seçimində öz səbəbləri var.

Qırmızı

qırmızı pasport

Ən yayılmış rəng – qırımızıdır. Bu rəngi adətən kommunist keçmişi və bugünü olan ölkələr seçir. Sloveniya, Çin, Serbiya, Rusiya, Latviya, Rumıniya, Polşa, Gürcüstan vətəndaşlarının pasportu qırmızıdır. Avropa Birliyi ölkələri də (Xorvatiya xaric) pasportlarında qırmızı rəngin müxtəlif tonlarını istifadə edirlər. Avropa Birliyinə daxil olmaq istəyən Türkiyə, Albaniya və Moldova da bir neçə il əvvəl pasportda qırmızı rəngə keçid etmişdirlər. Həmçinin And ölkələrinə aid olan Boliviya, Kolumbiya, Ekvador və Peru kimi ölkələrin vətəndaşları da qırmızı pasporta malikdirlər.

Göy

göy pasport

Sayca ikinci ən çox yayılmış rəng isə – göydür. 15 Karib ölkəsinin pasportları göy rəngdədir. Göy rəng “yeni dünya”nın simvoludur. Cənubi Amerika ölkələrinin blokunda isə göy rəng Merkosur – ticarət birliyinin simvoludur. Bura Argentina, Braziliya və Paraqvay daxildir. Venesuela bu bloka daxil olsa da, onların pasportu qırmızı rəngdədir. ABŞ göy rəngə 1976-cı ildə keçid edib.

Yaşıl

yaşıl pasport

Əksər müsülman ölkələrinin pasportu yaşıl rəngdədir. Mərakeş, Səudiyyə Ərəbistan, Pakistan. Yaşıl rəng peyğəmbərin sevimli rəngi olub və təbiət, həyat mənasını daşıyır. Bəzi Qərbi Afrika ölkələrində də pasportlar yaşıl rəngdədir, Nigeriya, Nigera, Burkino Faso, Seneqal, Fil sümüyü sahilləri. Burada yaşıl rəng Qərbi Afrika ölkələrinin iqtisadi birliyini əks etdirir. Bildiyiniz kimi Azərbaycan Respublikasının vətəndaşları da yaşıl pasporta malikdirlər.

Qara

qara pasport

Ən nadir pasportlar isə – qara pasportlardır. Bəzi Afrika ölkələri (Botsvan, Zambiya, Burunda, Qabon, Anqola, Çad, Konqo, Malavi və sair) və Yeni Zenlandiya vətəndaşlarının pasportları qara rəngdədir. Yeni Zenlandiyada qara rəng milli rəng hesab edilir.

Dünya pasportlarının XƏRİTƏSİ

pasport xəritəsi

BlackBerry brendi müxtəlif elektronika mallarının istehsalı üçün istifadə olunacaq

Blackberry

Blackberry

Blackberry şirkətinin başçısı Con Çen bildirib ki, onlar lisenziya məsələlərində yeni mərhələyə çıxıblar və brendin istifadəsi üçün bir neçə müqavilə imzalayıblar.

BlackBerry indi nədir?

İmzalanmış müqavilələrə əsasən BlackBerry adı altında smartfonlar, planşetlər ilə yanaşı müxtəlif daşınan cihazlar, tibbi avadanlıq, ödəniş terminalları və məişət malları satışa çıxarılacaq. Şirkət başçısı qeyd edib ki, tezliklə BlackBerry planşeti də istifadəçilərə təqdim olunacaq. Cihazda brend ilə yanaşı şirkətin proqram təminatı da istifadə olunacaq.(infocity.az)

Avtobus zolaqları çəkilir

avtobus zolağı

avtobus zolağı

Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə paytaxtın küçə və prospektlərində sərnişin avtobusları üçün xüsusi hərəkət zolaqlarının çəkilməsinə başlanılıb.

Agentlikdən alınan məlumata görə, məqsəd Bakı şəhərində müntəzəm sərnişindaşımalarda təhlükəsizliyin və rahatlığın təmin edilməsi, o cümlədən əhalinin ictimai nəqliyyatdan istifadəsinin stimullaşdırılmasıdır.

Artıq Füzuli küçəsində xüsusi hərəkət zolağının çəkilməsi və bu zolağın tələbinə uyğun yol nişanlarının quraşdırılması təmin edilib. Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkil edilməsi barədə təklifi Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası tərəfindən məqbul hesab edilib. İlkin olaraq, Babək, Xocalı, Nobel, Gəncə prospektlərində, M.Useynov, Ə.Rəcəbli, M.Füzuli (Qış parkı boyunca), M.Əliyev və Y.Səfərov küçələrində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün müvafiq yol nişanı qurulmaqla xüsusi hərəkət zolaqlarının təşkil edilməsinə razılıq verilib.

Qeyd edək ki, nişanlar qoyulduqdan sonra bu zolağa daxil olan digər sürücüləri 40 manat cərimə gözləyir.(avtosfer.az)