Toyuq dolması – düyülü və ispanaqlı

06/01/2017
578 Baxış

toyuq dolması

Bugün sizlərə protein bombası olan toyuğun döş ətindən hazırlaya biləcəyiniz bir yemək təkdim edəcəyik, üstəlik düyü və ispanaqdan da istifadə olunur.

Lazım olan ərzaqlar: 4 ədəd toyuq sinəsi, doğranmış ispanaq, düyü, qırmızı bibər, pomidor, soğan, zeytun yağı, duz, istiot, kərə yağı.

İçinin hazırlanması:

Zeytun yağında quru soğanı və doğranmış bibərləri qovurun. Doğranmış pomidorları əlavə edərək birlikdə qovurmağa davam edin. İspanaq, ədviyyatlar və düyünü əlavə edərək, düyü bişənə qədər gözləyin.

Hazırlanma qaydası:

Toyuq döşünü çox incə döyün və nazik edin. Üzərinə duz və istiot səpib kərə yağı ilə sürtün. Hazırladığınız içi toyuqların içinə qoyaraq dolma kimi bükün və taxta çöplər ilə bərkidin. 175 dərəcədə sobada bişirin. Nuş olsun!(1001dad.com)