Uğur qazanmaq üçün gündə neçə saat işləmək lazımdır?

18/11/2016
614 Baxış

uğur qazanmaq

Araşdırmalar göstərir ki, hər hansı bir sahədə peşəkar olmaq üçün, həmin seçilmiş fəaliyyətə 10 min saat (9 və ya 10 il ərzində hər həftə 20 saat) sərf etməyiniz lazımdır.

Peşəkarlığın ən yüksək səviyyəsinə mütəmadi təcrübə olmadan çatmaq qeyri-mümkündür. Bunu hələ 90-cı illərin əvvəllərində isveç psixoloq Anders Erikson Berlin Musiqi Akademiyasında apardığı tədqiqat zamanı sübut edib. Onun bu işini sosioloq və jurnalist Malkolm Qladuel “Dahilər və autsayderlər” uğurun sirrinin istedadda deyil, yüksək işləmə bacarığında olduğunu sübut etmək üçün də istifadə edib.

Təcrübə bu formada həyata keçirilib: Eriksonun istəyi ilə musiqi müəllimləri skripkaçı tələbələri iki qrupa ayırırlar: gələcəyin dünya səviyyəli ulduzları ola biləcək perspektivli tələbələr və çox da uğurlu olacağı gözlənilməyənlər. Bütün tələbələr 5 və ya 8 yaşlarından çalmağa başlamış, gündə 2 saatdan az olmayaraq məşq etmişdilər. Lakin 9 yaşlarına çatdıqlarında bəzilərinin cədvəlində dəyişikliklər baş verməyə başlayır. Daha çox məşq edən tələbələr 10 il sonra da peşəkarlaşmaq üçün hər həftə özlərinə 30 saat vaxt ayırırdılar.

Bu cədvəl ilə tələbələr 20 yaşlarına çatdıqlarında artıq skripka öyrənmək üçün 10 min saat sərf etmiş olurlar. Orta səviyyəli tələbələrdə bu vaxt göstəricisi 8 min idi, gələcəyin musiqi müəllimləri olacaqlar isə buna cəmi 4 min vaxt ayıranlar idi.

Əgər siz bu qaydanı öz üzərinizə sınamaq istəsəniz, sizi dayanmadan işləməli olacağınız növbəti 10 il qətiyyən qorxutmasın. Çünki, bu təkcə əməkdən ibarət olmayacaq, sevdiyiniz sahədə peşəkarlaşmaq sizə inanılmaz dərəcədə çox sevinc və xoşbəxtlik bəxş edəcək.(pahoo.az)