Uğura aparan 10 məsləhət

29/11/2016
1510 Baxış

uğurlu kişi

Düzdü qazın və işığın qiymətini qaldırdılar, lakin ruhdan düşməmək üçün çalışmaq lazımdır. Uğur əldə etmək üçün isə bizim məsləhətlərə qulaq asa bilərsiniz.

Kəmiyyət yox, keyfiyyət

Üstünlükləri dəqiqləşdirin, hisslərinizi bir kənara qoyun. İlk öncə önəmli olanı yerinə yetirin. Vaxtınız qalarsa, könlünüzcə olanı edin.

Sağlamlıq və əminamanlıq

Əgər zəif və xəstə olsanız heç nəyə nail olmayacaqsız. Ancaq həkim, xəstəxana və dərmanlar. Sağlamlığınıza diqqət yetirin: sağlam qidalanın, idmanla məşğul olun, yuxunuzu tam alın.

Güclü və zəif tərəflər

Zəif tərəflərinizi nə qədər çox iqnor etsəniz, onlar bir o qədər güclənir və sizi əla alırlar. Onları iqnor deyil, onlardan qurtulmaq lazımdır. Zəif tərəflərinizi qəbul etməkdən çəkinməyin və onlarla açıq muharibə aparın.

Hissiyatınıza inanın

Uğurlu insanlar özlərinə inanır. Onlar üçün digərlərinin gözləntiləri vacib deyil. Uğurlu insanlar həmişə nə istədiklərini dəqiq bilirlər. Və bunlara nail olmaq üçün maksimum güclərini sərf edirlər.

Planınız olsun

Həm şəxsi, həm də iş həyatınızda nə istədiyinizi bilin. Planınızın olması ancaq müsbət haldır. Həmişə əvvəlcədən nə istəyirdiniz isə onun ilə razılaşın.

Ardıcılıq

Bir anda bir çox işi görmək heç zaman uğur gətirmir. Hər şeyin ucundan bir anda tutmayın, hər bir şeyi ardıcılıq ilə yerinə yetirin.

İstiqamətin korreksiyası

Uğura aparan yol – düz yol deyil. Bu yol uzun, əyri, enişli-çıxışlı və daim korreksiyaya ehtiyacı olandır.

İş gününün doğru təşkili

Sosial şəbəkələrdə boş-boş oturmayın, çatlara hər xırda şeyə görə girməyin. Qənaət etdiyiniz zamanı istirahətə və digər problemlərin həllinə xərcləyin. Sonuncudan düşünmürəm sizdə azdır.

Bacarığınıza inanın

Öz arzunuza heç bir zaman xəyanət etməyin. Özünüzə inanın, gördüyünüz işə inanın. Tənqidin arzu və məqsədləriniz dağıtmasına imkan verməyin, “məsləhətli don gen olar” deyib məqsədə gedən yolda düzəlişlər edə bilərsiniz sadəcə.

Həqiqətən sevdiyiniz işi görün

Əksər hallarda insanlar istədiklərinə görə deyil, pula görə işləməyə məcbur olurlar. Bəli, hamı yemək istəyir. Lakin həmişə sevdiyiniz işə də vaxt ayırmağa çalışın. Yaxşı olar ki, sevdiyiniz işdən də gəlir etməyi bacarasınız.