Qlobal dünya problemlərini həll etmək üçün alimlərə ehtiyac var. Sizlərə dünyanın ən çox alimlərinin cəmləşdiyi ölkələrin siyahısını təqdim edirik. İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı (Organisation for Economic Co-operation and Development, OECD) dünyanın inkişaf etmiş 40 ölkəsində araşdırma aparır. OECD "Sənaye, elm və texnologiyalar" məruzəsini təqdim edib.