Testosteronun səviyyəsini artırmağın 10 üsulu
Testosteron - əsas kişi hormonlarından biri olub, ağıl zəifliyinin qarşısını alır, enerji axınını təmin edir, əzələ kütləsini və fiziki gücü artırır, artıq piyləri yandırır, sümükləri bərkidir, saçların sağlamlığını normada saxlayır, kişidə özünə inam yaradır. Lakin
Testosteron – əsas kişi hormonlarından biri olub, ağıl zəifliyinin qarşısını alır, enerji axınını təmin edir, əzələ kütləsini və fiziki gücü artırır, artıq piyləri yandırır, sümükləri bərkidir, saçların sağlamlığını normada saxlayır, kişidə özünə inam yaradır. Lakin yaşlandıqca kişi orqanizmi daha az testosteron istehsal edir. Bu səbəbdən kişi sağlamlığında problemlər yarana bilir, keçəlmə, cinsi zəiflik, aktivliyin azalması və nəticədə özünə inamın itirilməsinə gətirib çıxardır. Sizlərə testosteronu təbii yollarla artırılmasından söz açırıq.
Vitaminlər
Testosteronun yaranması üçün A, B, E vitaminləri mütləqdir. Bu vitaminlərin çatışmamazlığı hormonun azalmasına gətirib çıxardır. C vitamini testosteronun estroqenə çevrilməsinin qarşısını alır, testosteronun artımına səbəb olur. Bunun üçün çoxlu qırmızı ət, meyvə, tərəvəz və qoz yemək lazımdır.
Sink
Testosteronun yaranması üçün bu element olduqca vacib rol oynayır. Sink estroqeni testosterona çevirir və əks prosesin qarşısını alır. Sink ciyərdə, yumurta, qoz, ağartı məhsullarında, quş ətində və dəniz məhsullarında boldur.
Yağlar
Qidada “xeyirli yağlar”ın və “omeqa-3″ün çox olması testosteronun yaranmasına səbəb olur. “Xeyirli yağlar” zeytunda, yağlı balıqlarda, qoz, avokado, bitki yağlarında var.
Artıq çəki
Piy qatları xüsusi fermentlər daşıyıcılarıdırlar ki, testosteronu estroqena çevirirlər. Və bu səbəbdən artıq çəki kişi hormonlarına mənfi təsir edir. Artıq çəki nə qədər çoxdursa, testosteronun səviyyəsi bir o qədər aşağıdır. Artıq çəkidən azad olmaq üçün düzgün qidalanmaq və daimi fiziki məşqlər etmək lazımdır.
Fiziki məşqlər
Fiziki məşqlər, əzələ kütləsinin artırılması və güclənməsi testosteronun çoxalmasına səbəb olur. Gün ərzində 1 saatdan artıq məşq etmək olmaz. Beləki, artıq yük nəticəsində orqanizmdə kortizol yaranır ki, testosteronun yaranmasının qarşısını alır.
Stressin azalması
Stress zamanı kişi orqanizmində kortizol yaranır və testosteronun qarşısını alır, piylənməyə səbəb olur. Bu səbəbdən daha sakit olmaq məsləhətdir. Nəticədə gərginlikdən azad olacaqsınız, narahatçılıq itəcək, pozitiv əhval və testosteronun səviyyəsi artacaq.
Sağlam yuxu
Kişi bədəninin bərpası üçün gün ərzində 6-8 saat sağlam yuxu mütləqdir. Bilin ki, testosteronun əksər kütləsi məhz gecə, yatanda yaranır. Əgər kişi sağlamdırsa səhərlər onun hormunun səviyyəsi 25-30% artıq olur. Əgər səhərlər kişidə ereksiya olmursa, bu o deməkdir ki, testosteronun yaranmasında problemlər var, həkimdə yoxlanmaqda bir fayda vardır.
Pis vərdişlər
Siqaret və alkoqoldan çoxlu istifadə testosteronun səviyyəsinə mənfi təsir edir. İş ondadır ki, alkoqol endokrin sistemini dağıdır və nəticədə kişi hormunun yaranması azalır. Həmçinin alkoqol orqanizmdə sinkin yaranmasına maneə olur və uyğun olaraq estroqenlər artır. Tütün məhsullarının tərkibində olan nikotinin də tərkibində testosteronu azaldan maddələr vardır.
Estroqen çoxluğu
Estroqenin çoxluğu yuxarıda qeyd olunduğu kimi, testosteronun azalmasına gətirib çıxardır. Bununla mübarizə aparmaq üçün düzgün qidalanmaq lazımdır. Müxtəlif növ kələmlərdən, turpdan istifadə etmək lazımdır. Bunların tərkibində estroqenin qarşısını alan diindolilmetan vardır. Həmçinin meyvə, tərəvəz, qoz və paxlalılardan istifadə ediniz. Bu məhsullar insan orqanizmini toksinlərdən azad edir.
Yumurtalıqların qızması
Kişi yumurtalıqlarının temperaturu bədən temperaturundan bir iki dərəcə az olmalıdır. Bu yumurtalıqların düzgün funksionallığını təmin edir. Yumurtalıqların qızmasının qarşısını almaq üçün dar cins və alt paltardan, çox isti hamamdan uzaq olmalısınız, noutbuku dizlərinizdə uzun müddət saxlamamalısınız.