Göyərti mövsümüdür, Kükü bişirin
Kişilər üçün ən vacib olan - çox asan, tez bişən və xeyirli qida. Kükü yaz-yayın ən ləzzətli yeməklərindəndir. Hazırda göyərti mövsümünün olmasını nəzərə alaraq bu milli mətbəximizin incisinin hazırlanma qaydasını sizə təqdim edirik. Lazımdır: 2 dəst
Kişilər üçün ən vacib olan – çox asan, tez bişən və xeyirli qida. Kükü yaz-yayın ən ləzzətli yeməklərindəndir. Hazırda göyərti mövsümünün olmasını nəzərə alaraq bu milli mətbəximizin incisinin hazırlanma qaydasını sizə təqdim edirik.
Lazımdır: 2 dəst keşniş, 2 dəst şüyüd, 1 dəst soğan, 5 ədəd yumurta, duz-istiot, yağ, sarımsaq-qatıq.
Nə etməli: Sadə bir prosesdir. Göyərtilər yuyulur, xırda doğranılır. Yumurtalar çalınır, tava əvvəlcədən qızdırılır. İsti tavaya yağ və ardınca göyərti, duz-istiot və yumurtadan alınmış qarışım əlavə olunur.5-8 dəqiqə bişəndən sonra kükünün üzünü çevirin və üst tərəfini də qızardın. Kükü hazırdı, yemək qaydası sarımsaq-qatıqladır (sarımsaq yeməyənlər sadə qatıqdan istifadə edə bilərlər). Nuş olsun!