Ən seksual kişi sənətləri
İDOL.AZ siz oxuyucularına 8 ən seksual kişi sənətlərini təqdim edir. Sənət seçimi edərkən onun nə qədər seksual olduğunu düşünməsəniz də sənətinizin bu TOP-8 daxil olub olmadığını öyrənə bilərsiniz. Bəlkə sənətinizi dəyişmək belə istədiniz?! Təyyarə pilotu Təyyarə icad
İDOL.AZ siz oxuyucularına 8 ən seksual kişi sənətlərini təqdim edir. Sənət seçimi edərkən onun nə qədər seksual olduğunu düşünməsəniz də sənətinizin bu TOP-8 daxil olub olmadığını öyrənə bilərsiniz. Bəlkə sənətinizi dəyişmək belə istədiniz?!
Təyyarə pilotu
Təyyarə icad olunandan sonra qadınlar onları idarə edən pilotlardan ötrü “dəli” olurlar. Təyyarəni idarə edən kişilər qadınlara cəsur, güclü və əsl kişi kimi görünürlər. Pilotları üstəlik bir çox qadınlar imkanlı hesab edirlər.
Yanğınsöndürən
Bu sənətin sahibləri qorxmadan ölümün birbaşa üzünə baxırlar. Baxmayaraq ki, polis və digər dövlət qulluqçuları da insanların qayğısına qalmağa borcludurlar, yanğınsöndürənlər qadınların gözündə birinci yerdədirlər, onlar insanların həyatını xilas edirlər. Bundan daha çox nə seksual ola bilər?
İnşaatçı
Düşünməyin ki, inşaatçı sənəti prestijli deyil. Əksinə qadınlar hesab edirlər ki, ev tikmək, binalar ucaltmaq məhz əsl kişi işidir. İnşaatçılar olmasa idi insanlar müasir dövrdə də mağaralarda yaşayardılar.
Plastik cərrah
Plastik cərrahiyə – ən yüksək gəlirə malik olan sahədir. Qadınlar heçnədən bu sənət sahibi olan kişiləri seksual və cazibədar hesab etmirlər. Bu sənət sahibi olan ər əsl tapıntıdır. Belə kişi qadını bolluqda saxlamaqla yanaşı, onun gözəlliyini də təmin etmiş ola bilər.
Xilasedici
Baxmayaraq ki, bu sənət sahiblərinin gəliri o qədər də yüksək deyil, qadınlar bu kişiləri sevməkdən doymurlar. Fit bədən quruluşuna malik olan gündə yanmış dəridən qadınlar gözlərini çəkə bilmirlər.
Bu sənətin sahibləri olan kişilər yaradıcı olur. Onlar məntiqlə gözəlliyi bir yerə gətirənlərdir. Təssəvvür edin ki, bir qadın kişilə əl-ələ gəzir və kişi ona binanı göstərərək onun layihəsi ilə tikildiyini danışır. Üstəlik memarlar kifayət qədər pul qazanır və daxilən rəssamdırlar ki, bu da qadınları cəlb edir.
Barmen
Cəld əllər və parlayan gülüş öz işini görüb. Qadınları barmen kişilər cəlb edirlər. Gülərüzlü, yaraşıqlı, söhbətcil və səni hər an içkiyə qonaq edə biləcək kişini qadınlar niyə sevməsinlər?
Vəkil
Cəmiyyətdə vəkilləri o qədər sevməsələr də, qadınlara bunun aidiyyatı yoxdur. Qadınların fikrincə bu sənət sahibi kişilər ağıllı, güclü, və imkanlıdırlar. Bundan yaxşı kişi olar sizcə? Hətta qadınlar bu sənət sahiblərin əksəriyyətinin alçaq olduklarına da göz yumurlar.