Məşqdən öncə isinmə: TOP-8 hərəkət
Ən sadə isinmə hərəkətləri belə sizin məşqinizin effektini artıracaqdır. Bəs siz bu hərəkətlərin edilmə qaydasını bilirsinizmi? Sizə təqdim edəcəyimiz 8 isinmə hərəkəti sizi daha güclü və daha dözümlü edəcəkdir. №1 Dizləriniz üstündə durun və bir əliniz boynunuzun arxasında
Ən sadə isinmə hərəkətləri belə sizin məşqinizin effektini artıracaqdır. Bəs siz bu hərəkətlərin edilmə qaydasını bilirsinizmi?
Sizə təqdim edəcəyimiz 8 isinmə hərəkəti sizi daha güclü və daha dözümlü edəcəkdir.
№1
Dizləriniz üstündə durun və bir əliniz boynunuzun arxasında bir əliniz yerdə. Boynunuzun arxasında olan əlinizin dirsəyini yerə vurub geriyə qayıdın. Hər əl üçün 10 dəfə təkrarlayın.
№2
Üzü divara durun bir ayağınızı geri aparın digərini dizdən, dabanınızı yerdən ayırmayaraq əyin. Hər ayaq üçün 5 dəfə təkrarlayın.
№3
Kürəyinizi divara söykəyin, əllərinizi yuxarı qaldırın. Dirsəklərinizi W şəkli alana qədər qatlayın və yenidən ilkin vəziyyətə qayıdın. Hərəkəti 10 dəfə təkrarlayın.
№4
Ayaqlarınızı çiyinlərinizdən enli açın və dizlərinizin arasına xüsusi rezin sarın. Bir ayağınızı digərinə yaxınlaşdırın və ilkin vəziyyətə qayıdın. Hər ayaq üçün 10 hərəkət.
№5
Önə əyilin və əllərinizdə ağır olmayan qantel saxlayın. Növbə ilə ayaqlarınızı geriyə qaldırın. Hər ayağa 10 hərəkət edin.
№6
Bu hərəkət ayaq vətərlərini isitmək üçün yaxşıdır. Hər ayaq üçün 10 çömbəlmə yerinə yetirin.
№7
Jim – klassikadır. Jim edərəkən asta və daha dərin enməyə çalışın və presinizi gərgin saxlayın. Hər kəsin bir norması vardır.
№8
Qol əzələlərini isitmək üçün şəkildə göstərildiyi kimi isinmə hərəkətini yerinə yetirin. Hər qol üçün minimum 10 hərəkət olmalıdır.