Nə vaxt uroloqa müraciət etməlisiniz?
Aşağıdakı 10 əlamətdən birini özünüzdə hiss etsəniz, yığışın uroloqa yolunuzu salın. Müasir dövrdə özünü müalicə yayılmış olsa da, bunun ağır nəticələri ola bilər: * orqan və bütün sisitemin pisləşməsi; * səhv "diaqnoz" və mənasız yerə orqanların istismarı; *
Aşağıdakı 10 əlamətdən birini özünüzdə hiss etsəniz, yığışın uroloqa yolunuzu salın. Müasir dövrdə özünü müalicə yayılmış olsa da, bunun ağır nəticələri ola bilər:
* orqan və bütün sisitemin pisləşməsi;
* səhv “diaqnoz” və mənasız yerə orqanların istismarı;
* real xəstəliyin xroniki olmaq təhlükəsi;
* qara ciyərin sıradan çıxması, allerqiyanın yaranması.
Hansı əlamətlər sizi uroloqa getməyə çağırır?
1. Axıntılar
Sidik borusundan ya sidik, ya da sperma gəlməlidir. Başqa hər bir şey anormallıqdır. Buna səbəb müxtəlif orqanlarda yaranmış nasazlıqlar ola bilər. Fizioloji axıntılar, hormonlar da ola bilər, lakin bunlar demək olar ki, görsənmirlər. Bütün hallarda uroloqa getmək mütləqdir.
2. Sidik borusunda sızıltı, yanma, qaşıntı
Qeyd etdiklərimiz sağlam kişidə də ola bilər. Bunlar qidadan, prezervativdən, cinsi həyatdan qaynaqlana bilər. Yox əgər bu proseslər daimi xarakter daşıyırsa uroloqun müdaxiləsi mütləqdir.
3. Aralıq və bel ağrıları
Bu ağrılar da uroloqa getməyə bir səbəbdir. İstisna olaraq, əgər dünən davaşmısınızsa və ya 100 km velosipedlə keçmisinız isə.
4. İşəmə zamanı problemlər
Artıq əvvəlki kimi sidiyi boşalda bilmirsiniz? İşəmək istəyirsiniz lakin bir şey gəlmir? Uzatmadan dərhal uroloqa müraciət edin, bu ciddi xəstəliklərin əlamətidir.
5. Rəng
Sidiyinizin niyə sarı yox və spermanın niyə ağ olmamasını sizə yalnız uroloq başa sala bilər.
6. Dəri problemləri
Əgər cinsi orqanın ətrafında qızarma, səpki və digər dəhşətlər baş verirsə, ya cari, ya da keçmiş sevgiliniz sizi zöhrəvi xəstəliyə yoluxdurub. Siz hələ də həkimə getmək barəsində düşünürsünüz?
7. Libido
Sekslə məşğul olmağa həvəs yoxdur və ya bacarmırsınız? Uroloqa getməyin əsl vaxtıdır.
8. Zəif ereksiya
Zəif ereksiyanın bir çox səbəbləri ola bilər: stres, yuxusuzluq, seksual olmayan tərəfdaş, prezervativlərdən düzgün olmayan istifadə. Lakin bəzən zəif ereksiyaya səbəb hormonal pozuntular, ürək-damar sistemi problemləri, sidik borusu problemləri, daxili orqanlar problemləri də ola bilər.
9. Zəiflik sindromu
Bu xroniki zəiflik, yorğunluq, işgüzarlığın azalması, əsəbilik, yuxu problemləri, ürək döyüntülərinin yüksək olmasıdır. Xroniki prostatı olan kişilər üçün xarakterikdir. Həkim nəzarəti burada mütləqdir.
10. Sizi narahat edən hər bir şey
İlk baxışdan hər şey yerində və normaldır, lakin hansısa diskomfort hiss edirsiniz? Boş buraxmayın arada bir uroloqa ziyarət sizə ziyan etməz.