iOS 8 sistemi üçün yeni pulsuz Azərbaycan klaviaturası yaradıldı
iOS 8 üçün Azərbaycan klaviaturası Azərbaycanlı olmayan developerlər tərəfindən hazırlanmışdır. Klaviatura pullu idi. Əldə etmək üçün 0.99 dollar ödəmək lazım gəlirdi. Artıq App Store-da yeni Azərbaycan klaviaturası yerini alıb. Siz App Store-da "Azerbaijan Keyboard" yazaraq tətbiqi
iOS 8 üçün Azərbaycan klaviaturası Azərbaycanlı olmayan developerlər tərəfindən hazırlanmışdır. Klaviatura pullu idi. Əldə etmək üçün 0.99 dollar ödəmək lazım gəlirdi.
Artıq App Store-da yeni Azərbaycan klaviaturası yerini alıb. Siz App Store-da “Azerbaijan Keyboard” yazaraq tətbiqi axtara bilərsiniz.
Tətbiq Labrin komandası tərəfindən Yüksək Texnologiyalar Parkının, Biznes İnkubasiya Mərkəzində hazırlanmışdır. Qeyd edək ki, komanda daha əvvəl də Android telefonlar üçün Azərbaycan klaviaturası hazırlamışdır.
Azerbaijan Keyboard tətbiqi ilkin versiya ilə App Store-da yerini alıb. Çox qısa müddət ərzində tətbiqin daha sürətli və istifadəçilərin şərhləri nəticəsində olan düzəlişləri edilmiş versiyası ilə yenilənəcək.
Endirmək üçün keçid linki: — https://itunes.apple.com/us/app/azkeyboard/id927438721