TOP 5 super pres məşqi
Bugün sizlərə bədən quruluşunda vacib yerlərdən biri olan pres əzələlərinin inkişafı üçün məşq növlərini təqdim edirik. Beləliklə, TOP 5 pres məşqləri: №1 Kürəkləriniz üstündə uzanın, dizlərinizi qırın, əlləriniz başınız üzərində. Sakitcə qalxın. Norma 3 yanaşma 12 təkrarlama
Bugün sizlərə bədən quruluşunda vacib yerlərdən biri olan pres əzələlərinin inkişafı üçün məşq növlərini təqdim edirik. Beləliklə, TOP 5 pres məşqləri:
№1
Kürəkləriniz üstündə uzanın, dizlərinizi qırın, əlləriniz başınız üzərində. Sakitcə qalxın. Norma 3 yanaşma 12 təkrarlama ilə. Alınır? Bu zaman əllərinizə qantel də ala bilərsiniz.
№2
Kürəkləriniz üstündə uzanın. Bu səfər bədəniniz ilə deyil, ayaqlarınız ilə işləyin. Ayaqlarınız birləşik olmalı və yerə prependikulyar olana qədər qalxmalıdır. Ayaqlarınızı aşağı saldığınız zaman qarın boşluğunun düz əzələlərinə diqqət yetirin. Bu məşq məhz onlar üçün nəzərdə tutulub. Tələsmədən yetirilməli olan məşqin norması 3 yanaşma 12 təkrarlama ilədir.
№3
Bu, sizlərin məktəbdən belə tanıdığınız klassik məşqdir. Kürəkləriniz üstündə uzanın, əlləriniz boyun arxasına, önə, çiyinlərdə və s. Və məşq edin. Norma 3 yanaşma 12 təkrarlama ilə. Bu məşq mədənizin çıxmaması üçün vacibdir.
№4
Ən yaxşı məşqlərdən biri. Kürəkləriniz üstündə uzanın, əlləriniz başınız üzərində. Ayaqlarınızı və əllənizi eyni zamanda qaldırın. Bu məşq zamanı eyni anda bütün qarın əzələləriniz hərəkət edəcək və eyni zamanda stabilizator əzələləriniz işləyəcəkdir. Norma eynidir, 3 yanaşma 12 təkrarlama ilə.
№5
Dayaq vəziyyətini alın. Əlləriniz çiyinlərinizdən enli (ən azı çiyindən 25 sm aralı), ayaqlarınız düz (oturacağa da qoymaq olar). 45 saniyə bu vəziyyətdə qalın. Kürəyinizi düz saxlayın və nəfəsinizi nizamlayın.