Qadınların seksdə sevmədiyi 5 hal
Heç bir kişi "darıxdıcı məşuq" adını daşımaq istəmir və heç bir qadın belə kişilə ömrünü yaşamaq istəməz. Bundan qaçmaq üçün İDOL.AZ sizlərlə bəzi məlumatları bölüşür. 1. Yataqda çox qayğıkeş olmayın "Olarmı,
Heç bir kişi “darıxdıcı məşuq” adını daşımaq istəmir və heç bir qadın belə kişilə ömrünü yaşamaq istəməz. Bundan qaçmaq üçün İDOL.AZ sizlərlə bəzi məlumatları bölüşür.
1. Yataqda çox qayğıkeş olmayın
“Olarmı, …?” kimi ifadələrdən uzaq olun. Bu ifadələr insanın ruhunu “öldürür”. Yaxşı məşuq nəyi necə edəcəyini bilir. Bəzən sadəcə qadının gözlərindən nəyi düz, nəyi isə səhv etdiyini bilmək olar.
2. Mexaniki seks
Ehtirassız seks bir çox qadın üçün səbəbsiz “vaxt öldürmək” kimidir. Heç bir qadın seks gəlinlik olmaq istəmir. Biz demirik ki, sizin hər bir seks münasibətiniz mükəmməl olmalıdır. Bəzən sadəcə kişi qurtarmaq istəyir. Lakin qadın da özünü “qadın” kimi hiss etmək istəyir. Həssas olun, sevişin.
3. Monotonluq
Seks həmişə və hər yerdə gözəldir. Ən rahatı yataq olsa da, monotonluqdan qaçın. Bununla hamamda, mətbəxtdə, divanda, maşında və hətta çimərlikdə də məşğul olmağı sınayın. Fantaziyanızı işə salın.
4. Sözlər və səslər
Çox yüksək səslər, səssizlik qədər çıxış yolu deyil. “Qızıl orta”nı tapmağa çalışın və qadına olan hisslərinizi yalnız ona deyin, bütün qonşulara deyil. Həmişə eyni sözləri istifadə etməyin. Onun yataqda nə qədər yaxşı olduğunu bildirin.
5. Eksperiment etməmək
Eksperimentlərdən qorxmayın. Seks həyatı həqiqətən zamanla darıxdırıcı olur ki, bunun da qarşısını almaq olar. Müxtəlif poza və oyunları sınayın. Əgər qadın razıdırsa, hər bir şey etmək olar.
Əsas o dur ki, qadınlar sizin münasibətləri möhkəm etmək istəyinizi hiss etsin. Əlbəttə bu qarşılıqlı olmalıdır.