100 il yaşadan idman
Sidney Universitetinin 1994-2006-cı illərdə apardığı geniş miqyaslı araşdırmada +/- 52 yaşlı 80 min insan iştirak edib. Məlum olub ki, ən xeyirli idman növləri aşağıdakılardır: * tennis; * üzgüçülük; * aerobika. Bu idman növləri ürək-damar sistemini möhkəmləndirirlər. Birinci yer Məlum olub ki, ürək
Sidney Universitetinin 1994-2006-cı illərdə apardığı geniş miqyaslı araşdırmada +/- 52 yaşlı 80 min insan iştirak edib.
Məlum olub ki, ən xeyirli idman növləri aşağıdakılardır:
* tennis;
* üzgüçülük;
* aerobika.
Bu idman növləri ürək-damar sistemini möhkəmləndirirlər.
Birinci yer
Məlum olub ki, ürək və ürək-damar sistemi üçün ən xeyirli idman növü tennisdir. Bu idman növü ürək-damar sistemi pozuntularının yaranma riskini 56% azaldır.
İkinci yer
Tennisin ardınca üzgüçülük gəlir. Beləki, üzgüçülük ilə məşğul olan insanlarda ürək-damar sistemi problemləri riski 41% azalır. Həmçinin arıqlamaq istəyib lakin bunu edə bilməyənlər də üzgüçülüyə üz tuta bilərlər.
Üçüncü yer
Sonuncu yer aerobikanındır. Aerobika ilə məşğul olanlarda ürək-damar sistemi pozuntuları riski 36% azalır. Bəli, bəzi bodibilderlər belə arada kardio üçün aerobikanı məsləhət bilirlər.