Kasıblar yoxsa varlılar daha çox yaşayır?
East Tennessee State University alimləri kasıblığın insan həyatının uzunluğuna necə təsir etdiyini araşdırıblar. Araşdırmaların nəticələrinə görə ABŞ-da kasıblar varlılardan 7-10 yaş daha az yaşayırlar. Alimlər aşkar ediblər ki, Amerikanın kasıb ştatlarında kişilər varlı ştatlarla müqayisədə 10 yaş,
East Tennessee State University alimləri kasıblığın insan həyatının uzunluğuna necə təsir etdiyini araşdırıblar.
Araşdırmaların nəticələrinə görə ABŞ-da kasıblar varlılardan 7-10 yaş daha az yaşayırlar.
Alimlər aşkar ediblər ki, Amerikanın kasıb ştatlarında kişilər varlı ştatlarla müqayisədə 10 yaş, qadınlar isə 7 yaş az yaşayır. Kasıb ştatların əhalisi arasında varlı ştatların əhalisi ilə müqayisədə siqaret çəkənlər 4,5 dəfə, piylənmədən əziyyət çəkənlər isə 50% çoxdur.
Araşdırmanın nəticələri American Journal of Public Health jurnalında dərc olunub.(saglamolun.az)